12px13px15px17px
Tarix:03/10/12

Azərbaycan holdinqinin internet səhifəsi erməni hakerlərin hücumuna məruz qalıb

Azərbaycanın iri holdinqlərindən sayılan “ZQAN holdinq”in internet səhifəsi erməni haker qrupu tərəfindən hücuma məruz qalıb. Holdinqin mətbuatla əlaqələrini koordinasiya edən “Synergy Partnership” şirkətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, erməni hakerlər saytı “sındıraraq” əsas səhifəsində “Contact Us” düyməsi əvəzində  “Armenian Cyber Army – CAC” yazısı yerləşdiriblər.

Haker hücumu holdinqin tam yeni saytının yaranması prosesi ərəfəsinə düşüb və bununla əlaqədar olaraq holdinq köhnə saytının bərpası əvəzinə yeni internet səhifəsini istifadəyə verəcəyini qərarlaşdırıb.
“Sentyabr ayının sonlarından etibarən “ZQAN holdinq”in rəsmi internet səhifəsi erməni haker qrupunun hücumuna məruz qaldığına görə saytın fəaliyyətini dayandırmışıq.

Haker hücumu yeni saytımızın hazırlanması prosesi ilə eyni vaxta düşdüyü üçün, bərpa işləri aparılmır və  holdinq tam yeni internet səhifəsini bu ilin sonlarında istifadəyə verməyi planlaşdırıb. Qeyd edim ki, yeni sayt daha yüksək təhlükəsizlik proqramları ilə qorunacaq və bu cür halların qarşısı alınacaqdır” – deyə holdinqin İT mütəxəssisi bildirib.

Qeyd edək ki, “ZQAN holdinq”in yeni internet səhifəsinin təqdimatı bu ilin sonlarına təsadüf edəcək.
Holdinq inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə rəhbərlik edir.
 
CAHANGİR




Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024