12px13px15px17px
Tarix:04/10/12

Təhlükəsizlik qurğuları bazarının həcmi 9 rüb ardıcıl olaraq artır

“IDC” analitiklərinin hazırladığı “Worldwide Quarterly Security Appliance Tracker” tədqiqat hesabatına əsasən, Amerikanın “Cisco” şirkəti 17,6 faiz göstərici ilə təhlükəsizlik qurğuları (Security Appliance) bazarında liderlik etməyə davam edir. “Checkpoint” (13 faiz) və “Juniper” (7,3 faiz) şirkətləri müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin ikinci rübündə informasiya təhlükəsizliyinin təmini qurğuları bazarının həcmi ötən illə müqayisədə 6,3 faiz artaraq təxminən 2 milyard dollar təşkil edib.

"İqtisadi vəziyyətin müəyyən mənada qeyri-müəyyən olmasına baxmayaraq, son tədqiqat nəticələri şirkətlərin təhlükəsizliyin təmini məsələlərini diqqətdə saxladığını göstərib" – “IDC”-nin İT təhlükəsizlik sahəsində məhsullarla məşğul olan baş analitiki Con Qreydi  bildirib.



EMİL




Baxış sayı: 865

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024