12px13px15px17px
Tarix:11/10/12

Haker 60 min dollar dəyərində mükafatlandırılıb

“Google” şirkəti “Pinkie Pie” ləqəbli hakeri “Chrome” brauzerində aşkar etdiyi boşluqlara görə ikinci dəfə 60 min dollar dəyərində mükafatlandırıb.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Chrome” brauzerində iki boşluq 19 yaşlı haker tərəfindən “Pwnium 2” yarışında tapılmışdı. Şirkət problemi 12 saat ərzində aradan qaldırmışdı.
“Pinkie Pie” ləqəbli haker artıq ikinci dəfədir ki yarışın mükafatçıları sırasına daxil olur; o, birinci müsabiqədə “Chrome” brauzerində 6 boşluq aşkar etmiş və 60 min dollar dəyərində mükafat almış 2  mütəxəssisdən biri olub.

“Google Chrome” komandasının nümayəndəsi Ceyson Kersi (Jason Kersey) ikinci müsabiqənin nəticələrinə görə bloqda yalnız “Pinkie Pie”-ni təbrik edib.

Qeyd edək ki, “Google Chrome” brauzeri birinci versiyadan etibarən yaradıcıları tərəfindən web-səhifələrə baxış üçün maksimal dərəcədə qorunmuş proqram kimi qələmə verilib. “Google” brauzerdə təhlükəsizliyin maksimal dərəcədə təmin olunması üçün müntəzəm olaraq yeni alətlər quraşdırır, həmçinin brauzerdə boşluq(lar) aşkar etmiş entuziastlara pul mükafatı ödəyir.

“StatCounter” xidmətinin məlumatına görə, “Google Chrome” hazırda dünyanın ən populyar brauzeridir. Sentyabrda onun bazar  payı 34,2 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, müvafiq dövrdə “Internet Explorer” brauzerinin payı 32,7 faizə bərabər olub.
 
EMİL




Baxış sayı: 1026

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024