12px13px15px17px
Tarix:17/10/12

Böyük Britaniya Pentaqon kompüterlərini “sındıran” şəxsi ABŞ-a verməkdən imtina edib

Böyük Britaniya “NASA” və Pentaqon kompüterlərini “sındırmaqda” ittiham edilən haker Hari Makkinnonu ABŞ-a ekstradisiya etməkdən imtina edib. Bu barədə “The Daily Telegraph” nəşri ölkənin daxili işlər naziri Tereza Meyin bəyanatına istinadən bildirib.

Mey parlament üzvləri ilə görüş zamanı bildirib ki, imtinaya səbəb  həkimlərin dəlilləri ilə bağlıdır. Belə ki, onlar bildiriblər ki, Makkinnon ABŞ-a ekstradisiya edildiyi halda özünə qəsd edə bilər. Buna görə nazir hakerin ekstradisiya edilməsini insan hüquqlarının pozulması kimi qiymətləndirib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirib ki, amerikalı müstəntiqlərin versiyasına görə, 2001-2002-ci illərdə Hari Makkinnon ümumilikdə müxtəlif şöbələrin 97 kompüterini “sındırıb”. O, kompüter sistemlərində yadplanetlilərin mövcudluğu ilə bağlı sübut axtardığını bildirib.
2004-cü ildə Makkinnon Amerika hakimiyyətinin tələbi əsasında həbs edilib. O vaxtdan etibarən ABŞ onun ekstradisiyasına çalışır.

 
EMİL




Baxış sayı: 1536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024