Tarix:24/10/12
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin iyununda mütəxəssislər təxminən 30 min zərərli və təhlükəli “Android” tətbiq qeydə almışdılar. Üçüncü rübün sonunda isə onların sayı 175 minə (473 faiz) qədər artıb.
Təhlükəsizlik sahəsində çalışan ekspertlərin məlumatına görə, hazırda rəsmi “Android” tətbiq altında maskalanan zərərli proqram təminatı daha çox yayılıb. Onların bəziləri istifadəçilərin məxfi informasiyasını “oğurlayır”, digərləri vasitəsilə kibercinayətkarlar qurğu üzərində nəzarəti ələ keçirir.
"Android platforması üçün yaradılan virusların sayının kəskin artmasında təəccüblü heç nə yoxdur - “Trend Micro” şirkətinin texnologiyalar üzrə direktoru Raymund Qenes (Raimund Genes) bildirib. “Android” hazırda öndə gedən mobil platformadır. Sözsüz ki, kibercinayətkarlar bundan xəbərdardırlar və zərərli proqram təminatı vasitəsilə gəlir əldə etmək üçün yeni üsullar axtarıb tapırlar".
EMİL
“Android” platforması üçün zərərli proqram təminatının sayı sürətlə artır
“Trend Micro” şirkətinin ekspertləri xəbərdarlıq ediblər ki, “Android” platforması ilə işləyən qurğulara hücum üçün nəzərdə tutulmuş zərərli proqram təminatının sayı kəskin şəkildə artmağa davam edir.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin iyununda mütəxəssislər təxminən 30 min zərərli və təhlükəli “Android” tətbiq qeydə almışdılar. Üçüncü rübün sonunda isə onların sayı 175 minə (473 faiz) qədər artıb.
Təhlükəsizlik sahəsində çalışan ekspertlərin məlumatına görə, hazırda rəsmi “Android” tətbiq altında maskalanan zərərli proqram təminatı daha çox yayılıb. Onların bəziləri istifadəçilərin məxfi informasiyasını “oğurlayır”, digərləri vasitəsilə kibercinayətkarlar qurğu üzərində nəzarəti ələ keçirir.
"Android platforması üçün yaradılan virusların sayının kəskin artmasında təəccüblü heç nə yoxdur - “Trend Micro” şirkətinin texnologiyalar üzrə direktoru Raymund Qenes (Raimund Genes) bildirib. “Android” hazırda öndə gedən mobil platformadır. Sözsüz ki, kibercinayətkarlar bundan xəbərdardırlar və zərərli proqram təminatı vasitəsilə gəlir əldə etmək üçün yeni üsullar axtarıb tapırlar".
EMİL
Baxış sayı: 1016
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir