12px13px15px17px
Tarix:09/11/12

“Twitter” bir sıra istifadəçilərdən şifrələrini dəyişməyi xahiş edib

“Twitter” mikrobloqlar xidməti bir sıra istifadəçilərə məktub göndərib. Məktubda onlardan şifrələrini dəyişmək xahiş edilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, istifadəçinin hesabına hansısa kənar sayt və ya xidmət giriş əldə edib. Ona görə də “Twitter” onun şifrəsini sıfırlayıb. Yeni şifrə təyin etmək üçün məktubda göstərilmiş istinada keçmək lazımdır.

Xidmətin nümayəndələri “sındırılmış” hesabların sayı barədə suala cavab verməyiblər. Onlar yalnız qeyd ediblər ki, məktub almış istifadəçilər şifrələri dəyişdirməlidirlər.





EMİL




Baxış sayı: 1375

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024