12px13px15px17px
Tarix:16/11/12

İlk ticari antivirusunun yaradıcısı axtarışdadır

Belizin (Mərkəzi Amerikada dövlət) baş naziri Din Barrou “McAfee” antivirus şirkətinin yaradıcısı Con Makafini Kütləvi İnformasiya Vasitələrinə (KİV) verdiyi bəyanatlarına görə "paranoik" adlandırıb. Barrou qətllə əlaqədar axtarışa verilmiş proqramçını hakimiyyətə təslim olmağa və işin araşdırılmasına kömək etməyə çağırıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, "Nəzakətsiz görsənmək istəmirəm, lakin o,  mənə tam paranoikdir. O, özünü ələ almalı, qanunlarımıza hörmət etməli və polisə gəlməlidr" – Barrou bildirib. Onun sözlərinə görə, Makafi yalnız şahid qismində dindirələcək.

Xatırladaq ki, 67 yaşlı Makafi bu həftə qonşusu ABŞ vətəndaşı Qreqori Follun qətlinə görə axtarışa verilib. 52 yaşlı Foll noyabrın 11-də Amberqris-Ki tropik adasındakı evində ölmüş vəziyyətdə tapılıb.

Polisdən gizlənnmiş Makafi “Wired” nəşri ilə əlaqə saxlayaraq bildirib ki, Follun ölümü ilə onun əlaqəsi yoxdur və Beliz hakimiyyəti qətli onun üstünə atmaq istəyir. "Siz məni paranoik adlandıra bilərsiniz, lakin onlar məni öldürəcəklər. Məni artıq bir neçə aydır ki tutmağa çalışırlar" – Makafi bildirib və əlavə edib ki, təslim olmağı düşünmür, çünki həyatını riskə atmaq istəmir. O, həmçinin belə bir fərziyyə də irəli sürüb ki, qatillər onu öldürmək üçün gəlmiş, lakin səhvən Follu vurublar.

Makafinin bundan əvvəl də Beliz hakimiyyəti ilə problemləri olub. 2012-ci ilin aprelində o, qanunsuz silah saxlamaqda və narkotik istehsalında şübhəli bilinib. Bununla belə, onun evində axtarış zamanı qanunsuz heç nə tapılmayıb.

Məlumat üçün bildirək ki, Con Makafi ticari antivirus yaratmış ilk şəxsdir. O, 1989-cu ildə “McAfee Associated” şirkətinin əsasını qoyub. O, 1994-cü ildə şirkəti tərk edib. 2010-cu ilin avqustunda “Intel” korporasiyası 7,6 milyard dollara “McAfee”-ni satın alıb. Proqramçı 2008-ci ildən bəri Belizdə yaşayır.
 
EMİL




Baxış sayı: 1481

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024