12px13px15px17px
Tarix:07/12/12

Hakerlər Beynəlxalq Telekommunikasiya İttifaqını hədələyib (VİDEO)

“Anonymous” haker qruplaşmasının dərc etdiyi bəyanata əsasən, onlar qarşıdakı istirahət günlərində “BMT”-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) resurslarına qarşı bir sıra hücumlar həyata keçirməyi planlaşdırır.

BTİ hazırda Dubayda telekommunikasiya konfransı keçirir. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, konfransda rabitə şəbəkələrinin yenilənmiş iş prinsipləri müzakirə edilir, həmçinin beynəlxalq ictimaiyyətdə bir çox mübahisələrə səbəb olmuş internetin tənzimlənməsinin yenilənmiş konsepsiyasını müzakirə etmək planlaşdırılır.

Xatırladaq ki, konfrans dekabrın 3-də öz işinə başlayıb və dekabrın 14-dək davam edəcək. “Anonymous” qeyd edib ki, konfransda iştirak edən bir sıra nümayəndələrin 1 milyarddan çox internet istifadəçinin əvəzinə qərar qəbuletmə səlahiyyətində bulunması onları “cin atına mindirib”. "Bütün müzakirələr bağlı qapılar arxasında aparılır, hansısa ittifaqlar, konspirasiya nəzəriyyələri yaradılır. Onların heç bir əhəmiyyəti yoxdur, çünki belə qərarlar beynəlxalq müqavilə çərçivəsində qəbul edilməlidir" – “Anonymous” bildirib.

Bundan başqa, “Anonymous” haker qruplaşması bir gün əvvəl “YouTube” videohostinqində yerləşdirdiyi videoda “ICANN”-ın səlahiyyətlərinin BMT-yə verilməsinin əleyhinə çıxıb, çünki bu, insan hüquqlarının qorunması ilə bağlı fəlakətli nəticələrə səbəb olacaq.

Xatırladaq ki, konfrans ötən gün 3 saatlıq haker hücumuna məruz qaldığından onun işində müəyyən problemlər yaşanıb. Haker hücumu nəticəsində nümayəndələr iclasda müzakirə ediləcək cari sənədlərə, həmçinin sıradan çıxarılmış bir sıra daxili saytlara çıxış əldə edə bilməyib. Təşkilatçıların verdiyi məlumata görə, artıq haker qruplarından biri hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

EMİL



Baxış sayı: 903

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024