12px13px15px17px
Tarix:13/12/12

Bu da son

Qvatemaladan deportasiya edilmiş "McAfee" antivirusunun yaradıcısı Con Makafi artıq ABŞ-a gəlib.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, bundan əvvəl Qvatemaladakı məhkəmə Makafiyə 10 günlük miqrant statusunun verilməsi ilə bağlı qərar çıxarmışdı. Proqramçı bu qərar sayəsində Belizə deportasiya edilməkdən canını qurtara bilmişdi.

Qeyd edək ki, Con Makafi qonşusu amerikalı Qreqori Folun qətlində şübhəli bilinir. Bir həftə öncə "McAfee" şirkətinin təsisçisi Qvatemalada sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək həbs edilmişdi. Bu hadisədən dərhal sonra Makafinin vəkilləri onun ölkə ərazisində qalması müddətini uzatmaq üçün yerli məhkəmələrdən birinə ərizə vermişdilər.

Dekabrın 6-da birinci ticari antivirusun yaradıcısı Qvatemala hökumətinə ona siyasi sığınacaq verilməsi xahişi ilə müraciət etmiş, lakin onun təklifi rədd edilmişdi. Bundan sonra 67 yaşlı proqramçının səhhəti pisləşmiş və o, xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Con Makafi ticari antivirusu yaratmış birinci şəxsdir. O, 1989-cu ildə "McAfee Associated" şirkətinin əsasını qoyub. 1994-cü ildə isə şirkəti tərk edib. 2010-cu ilin avqustunda "İntel" korporasiyası 7,6 milyard dollara "McAfee"-ni satın alıb. Proqramçı 2008-ci ildən etibarən Belizdə yaşayır.

EMİL



Baxış sayı: 924

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024