Tarix:14/12/12
Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"na müvafiq olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədən onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. İnformasiya sistemlərinin dövlət qeydiyyatı "Elektron hökumət" Portalında yaradılmış xüsusi bölmə vasitəsilə (www.e-gov.az internet ünvanından) aparılmaqdadır.
Fərdi məlumatların informasiya sistemlərinin mülkiyyətçilərinin və operatorlarından xahiş olunur ki, qanunvericiliklə dövlət qeydiyyatına alınması tələb olunan istifadə etdikləri fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinə müraciət etsinlər.
Ətraflı məlumat www.mincom.gov.az, www.e-gov.az saytlarından və ya 012 598-42-73 telefon nömrəsinə, office@rabita. az elektron poçt ünvanına müraciət etməklə əldə oluna bilər.
Fərdi məlumatların informasiya sistemlərinin mülkiyyətçilərinin və operatorlarının nəzərinə!
"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə müvafiq olaraq fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir.Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"na müvafiq olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədən onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. İnformasiya sistemlərinin dövlət qeydiyyatı "Elektron hökumət" Portalında yaradılmış xüsusi bölmə vasitəsilə (www.e-gov.az internet ünvanından) aparılmaqdadır.
Fərdi məlumatların informasiya sistemlərinin mülkiyyətçilərinin və operatorlarından xahiş olunur ki, qanunvericiliklə dövlət qeydiyyatına alınması tələb olunan istifadə etdikləri fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinə müraciət etsinlər.
Ətraflı məlumat www.mincom.gov.az, www.e-gov.az saytlarından və ya 012 598-42-73 telefon nömrəsinə, office@rabita. az elektron poçt ünvanına müraciət etməklə əldə oluna bilər.
Baxış sayı: 861
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir