Tarix:24/12/12
Hazır veb-hostinq. Haker sadə vətəndaşın kompüterini ələ keçirməklə onu qanunsuz spam-reklamın, fişinq səhifələrin, zərərli proqramların, proqram təminatı və filmlərin pirat surətlərinin, uşaq pornoqrafiyasının saxlanılması üçün istifadə edə bilər.
Botların yerləşdirilməsi. Virusa yoluxdurulmuş kompüter zombi şəbəkənin hissəsinə çevrilə bilər və sahibindən xəbərsiz spam göndərə, "DDOS" hücumlarda iştirak edə, kontekst reklamının (click fraud) reytinqini manipulyasiya edə, proksi-server qismində işləyə bilər.
Poçt ünvanlarının toplanılması. Bir qayda olaraq haker ələ keçirdiyi sistemdə tapdığı bütün elektron poçt ünvanlarını ya satır, ya da özü spam göndərmək və fişinq üçün istifadə edir.
Fərdi məlumatların ələ keçirilməsi. İstifadəçinin kompüterində saxladığı müxtəlif xidmətlərə giriş üçün ləqəb və şifrə haker üçün böyük əhəmiyyət daşıyır. Haker onlar vasitəsilə onlayn hərraclarda "qurban"ın adından fırıldaqçılıqla məşğul ola, sosial şəbəkə istifadəçilərinə hücum edə, FTP serverlərdə qanunsuz məzmun yerləşdirə bilər.
Maliyyə informasiyasının ələ keçirilməsi. Onlayn hesab sahiblərinə və internet mağaza müştərilərinə aiddir. Məncə, şərhə ehtiyac yoxdur.
Emil Hüseynov
Sadə vətəndaşın kompüteri hakerə niyə lazımdır?
Sıravi kompüter istifadəçiləri çox vaxt internetdə təhlükəsiz davranış qaydalarını yorucu hesab edərək onlara məhəl qoymur. Bir çoxları isə belə hesab edir ki, onlayn-bankçılıq sistemindən istifadə etmədikdə və internetdə satınalmalar həyata keçirmədikdə onlar şəbəkə cinayəti üçün heç bir maraq kəsb etmir. Lakin bu, əsla belə deyil. Brayan Krebs öz bloqunda dərc etdiyi materialda hakerin sadə vətəndaşların fərdi kompüterilə maraqlanmağa təhrik edən səbəbləri qısa şəkildə aşağıdakı kimi ifadə edib.Hazır veb-hostinq. Haker sadə vətəndaşın kompüterini ələ keçirməklə onu qanunsuz spam-reklamın, fişinq səhifələrin, zərərli proqramların, proqram təminatı və filmlərin pirat surətlərinin, uşaq pornoqrafiyasının saxlanılması üçün istifadə edə bilər.
Botların yerləşdirilməsi. Virusa yoluxdurulmuş kompüter zombi şəbəkənin hissəsinə çevrilə bilər və sahibindən xəbərsiz spam göndərə, "DDOS" hücumlarda iştirak edə, kontekst reklamının (click fraud) reytinqini manipulyasiya edə, proksi-server qismində işləyə bilər.
Poçt ünvanlarının toplanılması. Bir qayda olaraq haker ələ keçirdiyi sistemdə tapdığı bütün elektron poçt ünvanlarını ya satır, ya da özü spam göndərmək və fişinq üçün istifadə edir.
Fərdi məlumatların ələ keçirilməsi. İstifadəçinin kompüterində saxladığı müxtəlif xidmətlərə giriş üçün ləqəb və şifrə haker üçün böyük əhəmiyyət daşıyır. Haker onlar vasitəsilə onlayn hərraclarda "qurban"ın adından fırıldaqçılıqla məşğul ola, sosial şəbəkə istifadəçilərinə hücum edə, FTP serverlərdə qanunsuz məzmun yerləşdirə bilər.
Maliyyə informasiyasının ələ keçirilməsi. Onlayn hesab sahiblərinə və internet mağaza müştərilərinə aiddir. Məncə, şərhə ehtiyac yoxdur.
Emil Hüseynov
Baxış sayı: 851
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir