Tarix:24/12/12
Fonddan bildirilib ki, memorandumun imzalanması Minsk şəhərində keçirilən "Azərbaycan: inkişaf və tərəqqi yolunda" tədbiri çərçivəsində Belarus - Azərbaycan biznes forumunda reallaşıb. Tədbirdə Azərbaycan və Belarus tərəfindən rəsmi şəxslərlə yanaşı, İKT, kənd təsərrüfatı, qida sənayesi, tikinti, enerji, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
Biznes forumda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb, Belarus iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa və azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Tədbir çərçivəsində AZPROMO ilə Belarusun 4 təşkilatı - Belarus İnvestisiyalar və Özəlləşdirmə Milli Agentliyi, Belarus Ticarət və Sənaye Palatası, Marketinq və Qiymətlərin Konyukturası Milli Mərkəzi, Texnologiyaların Transferi Milli Mərkəzi arasında ayrı-ayrılıqda qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
HƏQİQƏT
Azərbaycan Belarus Texnologiyaların Transferi Milli Mərkəzi ilə əməkdaşlıq edəcək
Azərbaycan Belarus Respublikasında Texnologiyaların Transferi Milli Mərkəzi ilə əməkdaşlıq edəcək. Artıq ölkəmizlə Texnologiyaların Transferi Milli Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalanıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.Fonddan bildirilib ki, memorandumun imzalanması Minsk şəhərində keçirilən "Azərbaycan: inkişaf və tərəqqi yolunda" tədbiri çərçivəsində Belarus - Azərbaycan biznes forumunda reallaşıb. Tədbirdə Azərbaycan və Belarus tərəfindən rəsmi şəxslərlə yanaşı, İKT, kənd təsərrüfatı, qida sənayesi, tikinti, enerji, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
Biznes forumda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb, Belarus iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa və azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Tədbir çərçivəsində AZPROMO ilə Belarusun 4 təşkilatı - Belarus İnvestisiyalar və Özəlləşdirmə Milli Agentliyi, Belarus Ticarət və Sənaye Palatası, Marketinq və Qiymətlərin Konyukturası Milli Mərkəzi, Texnologiyaların Transferi Milli Mərkəzi arasında ayrı-ayrılıqda qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
HƏQİQƏT
Baxış sayı: 753
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib