12px13px15px17px
Tarix:15/01/13

Casus şəbəkəsi ifşa edilib

Rusiyanın "Kasperski Laboratoriyası" antivirus şirkətinin mütəxəssisləri genişmiqyaslı casus şəbəkəsini ifşa ediblər. Araşdırma nəticəsində kibercinayətkarların 5 il ərzində diplomatik qurum və dövlət strukturlarındakı mobil qurğu və kompüterlərdən qanunsuz məlumat topladığı məlum olub. Onların hədəfi Şərqi Avropa, MDB, həmçinin Şimali Amerikada fəaliyyət göstərən təşkilatlar olub.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Bu barədə ilk məlumatlar bizə 2012-ci ilin oktyabrında daxil olub. Tərəfdaşlarımızdan birinin göndərdiyi virusa yoluxmuş zərərli faylı təhlil etdikdən sonra biz hücumun kifayət qədər yüksək profilli və maraqlı olduğunu başa düşdük. Hücum həyata keçirənlər sənədlərlə maraqlanıblar - "Kasperski Laboratoriyası"nın aparıcı antivirus mütəxəssisi Vitali Kamlyuk bildirib. Qurbanların siyahısına nəzər saldıqda onların diqqətində hansısa profil təşkilatları, səfirliklərin olduğu aydın olur".

"Elmi tədqiqat institutları da virusa yoluxub. Onları, həmçinin müasir elmi araşdırmalarla bağlı format da maraqlandırıb" - ekspert bildirib.

Emil Hüseynov



Baxış sayı: 941

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024