Tarix:15/01/13
Lakin mütəxəssislər yeniləmə paketinin işləmədiyini bildiriblər. Xatırladaq ki, ABŞ Milli Təhlükəsizlik Departamenti fərdi kompüter (FK) istifadəçilərini öz qurğularında "Java" plaqinini onda aşkar edilmiş boşluğa görə deaktiv etməyə çağırdıqdan sonra yeniləmə paketi buraxılmışdı. Kibercinayətkarlar aşkar edilmiş boşluqlar vasitəsilə bir sıra cinayətlər həyata keçiriblər.
Bu barədə ABŞ Milli Təhlükəsizlik Departamentinin nümayəndələri məlumat veriblər. İnformasiya təhlükəsizliyi sahəsi üzrə polşalı tədqiqatçı Adam Qaudiak bildirib ki, "Oracle"-ın buraxdığı yeniləmə paketi aşkar edilmiş açıqların hamısını aradan qaldırmır. Məlumat üçün bildirək ki, o, 2012-ci ildə "Java" proqram təminatında bir neçə boşluq aşkar etmişdi.
Hazırda informasiya təhlükəsizliyi sahəsi üzrə fəaliyyət göstərən bəzi şirkətlər müəssisələrə əməkdaşlarının brauzerlərindən "Java" plaqinini silməyi tövsiyə edirlər. "Oracle" şirkətindən verilən məlumata əsasən, buraxılmış yeniləmələr veb-brauzerlər üçün nəzərdə tutulmuş "Java 7"-də aşkar edilmiş iki boşluğa aiddir.
Bundan başqa, "Java"nın təhlükəsizlik sazlamaları hazırda başlanğıc ayar kimi yüksək səviyyə kimi təyin edilib ki, zərərli proqramlar FK istifadəçisinin kompüterində ondan xəbərsiz icra oluna bilməsin.
Emil Hüseynov
“Oracle“ şirkətinin yeniləməsi “Java”dakı boşluqları aradan qaldırmır
Mütəxəssislər şirkətlərə əməkdaşlarının kompüterlərinə quraşdırılmış "Java" plaqinini deaktiv etməyi tövsiyə edirlər. "ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, "Oracle" şirkəti ötən bazar günü "Java" proqram təminatı üçün buraxdığı təcili yeniləmə paketi onda aşkar edilmiş təhlükəsizlik problemini aradan qaldırmalı idi.Lakin mütəxəssislər yeniləmə paketinin işləmədiyini bildiriblər. Xatırladaq ki, ABŞ Milli Təhlükəsizlik Departamenti fərdi kompüter (FK) istifadəçilərini öz qurğularında "Java" plaqinini onda aşkar edilmiş boşluğa görə deaktiv etməyə çağırdıqdan sonra yeniləmə paketi buraxılmışdı. Kibercinayətkarlar aşkar edilmiş boşluqlar vasitəsilə bir sıra cinayətlər həyata keçiriblər.
Bu barədə ABŞ Milli Təhlükəsizlik Departamentinin nümayəndələri məlumat veriblər. İnformasiya təhlükəsizliyi sahəsi üzrə polşalı tədqiqatçı Adam Qaudiak bildirib ki, "Oracle"-ın buraxdığı yeniləmə paketi aşkar edilmiş açıqların hamısını aradan qaldırmır. Məlumat üçün bildirək ki, o, 2012-ci ildə "Java" proqram təminatında bir neçə boşluq aşkar etmişdi.
Hazırda informasiya təhlükəsizliyi sahəsi üzrə fəaliyyət göstərən bəzi şirkətlər müəssisələrə əməkdaşlarının brauzerlərindən "Java" plaqinini silməyi tövsiyə edirlər. "Oracle" şirkətindən verilən məlumata əsasən, buraxılmış yeniləmələr veb-brauzerlər üçün nəzərdə tutulmuş "Java 7"-də aşkar edilmiş iki boşluğa aiddir.
Bundan başqa, "Java"nın təhlükəsizlik sazlamaları hazırda başlanğıc ayar kimi yüksək səviyyə kimi təyin edilib ki, zərərli proqramlar FK istifadəçisinin kompüterində ondan xəbərsiz icra oluna bilməsin.
Emil Hüseynov
Baxış sayı: 844
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir