Tarix:16/01/13
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasi Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi informasiya yayıb. Xəbərdə bildirilir ki, antivirus şirkəti olan "Kasperski Laboratoriyası" kibercəsusluq üçün istifadə olunan "Red October" (Qırmızı Oktyabr) kod adlı beynəlxalq şəbəkəni aşkar edib.
Məlumat üçün bildirək ki, "Kasperski Laboratoriyası" "Red October" əməliyyatının birinci hissəsi barəsində xəbər yayandan sonra bütün dünyada bu məsələ müzakirə obyektivinə çevrilib. Lakin daha mürəkkəb açıqlamanın ikinci hissədə olacağı əvvəlcədən də proqnozlaşdırılırdı.
Çünki ikinci hissənin belə bir anonsu verilmişdi ki, "bütün tanınmış modulların texniki tərkibi" analiz olunacaq. Lakin 2-ci hissə haqda bir neçə gün sonra məlumat veriləcək. Bu vaxt ərzində isə mütəxəsislər aşkar ediblər ki, bir neçə il ərzində dünyanın müxtəlif ölkələrinin xakerləri dövlət qurumlarına, elmi-təhqiqat mərkəzlərinə qarşı bir sıra hücumlar həyata keçiriblər. Bu kimi təşkilatlarda virus hansısa bir istifadəçinin poçt adresi vasitəsilə daxil olur. Bu troyan Microsoft Office ve Adobe məhsullarında olan boşluqlardan istifadə edib.
Mütəxəsislərin sözlərinə görə, xakerlər onlarla uğurlu hücum edə biliblər. Terabaytlarla məlumat oğurlanır və istifadəçinin xəbəri də olmur. 30-dan çox müxtəlif modulu olmayan virus "Kasperski Laboratoriyası" tərəfindən rəmzi olaraq Backdoor.Win32.Sputnik adını alıb. O, müxtəlif formatlarda sənədləri oğurlayır, sadə «.txt» faylından «.acid» kimi faylları da. Acid - bu fayl formatı məxfi şifrələmə proqram təminatına aid olan "Acid Cryptofiler"- ə məxsusdur. Hansı ki, Avropa Birliyi və NATO kimi strukturlarda istifadə olunur.
Hücum edənlər tərəfindən oğurlanan informasiya son dərəcə məxfi və özündə müxtəlif siyasi verilənləri saxlayır. Bu məlumatlar da dövlət səviyyəsində istifadə olunan verilənlərə daxildir.
Ekspertlər qeyd edirlər ki, bəzi modullarda "komik" səhvlər var. Məhz bu səhvlər də virusların hazırlayanların milliyyətini üzə çıxarıb. Ən azındarn aşkar olunub ki, virusu yaradanlar rusdillidir. Skriptlərdə "proga" və "zaklatka" kimi sozlərdən istifadə olunub və bu da bir çox qaranolıq mətləri açır. Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı məlumatda bildirilir ki, hücumları idarə etmək üçün Almaniya və Rusiya İP-ünvanlarına bağlanmış 60-dan çox domen adlardan istifadə olunub.
Qeyd edək ki, "Red October" əməliyyatı ilə bağlı "Kasperski Laboratoriyası"-nın mütəxəsisləri ilə birgə müxtəlif ölkələrin, həmçinin Azərbaycanın da CERT (Computer Emergency Response Teams) təşkilatı təhqiqatlar aparır.
SEYMUR
E-maillər vasitəsilə ən çox virusa yoluxmalar üzrə reytinq açıqlanıb
E-maillər vasitəsilə ən çox virusa yoluxmalar üzrə reytinq açıqlanıb. Aparılan araşdırmalardan məlum olub ki, ən çox Rusiya bu hücumlara məruz qalıb. Şimal qonşumuzdan sonra sıranı müvafiq olaraq Qazaxıstan və Azərbaycan tamamlayır. Ölkəmizdə bu cür yoluxma 15 dəfə qeydə alınıb. Bundan sonra isə Belçika, Hindistan, Əfqanıstan, Ermənistan, İran, Türkmənistan, Ukrayna, ABŞ, Vyetnam, Yunanıstan, İtaliya, Mərakeş, Pokistan, İsveçrə və Birləşmiş ərəb Əmirlikləri gəlir."ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasi Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi informasiya yayıb. Xəbərdə bildirilir ki, antivirus şirkəti olan "Kasperski Laboratoriyası" kibercəsusluq üçün istifadə olunan "Red October" (Qırmızı Oktyabr) kod adlı beynəlxalq şəbəkəni aşkar edib.
Məlumat üçün bildirək ki, "Kasperski Laboratoriyası" "Red October" əməliyyatının birinci hissəsi barəsində xəbər yayandan sonra bütün dünyada bu məsələ müzakirə obyektivinə çevrilib. Lakin daha mürəkkəb açıqlamanın ikinci hissədə olacağı əvvəlcədən də proqnozlaşdırılırdı.
Çünki ikinci hissənin belə bir anonsu verilmişdi ki, "bütün tanınmış modulların texniki tərkibi" analiz olunacaq. Lakin 2-ci hissə haqda bir neçə gün sonra məlumat veriləcək. Bu vaxt ərzində isə mütəxəsislər aşkar ediblər ki, bir neçə il ərzində dünyanın müxtəlif ölkələrinin xakerləri dövlət qurumlarına, elmi-təhqiqat mərkəzlərinə qarşı bir sıra hücumlar həyata keçiriblər. Bu kimi təşkilatlarda virus hansısa bir istifadəçinin poçt adresi vasitəsilə daxil olur. Bu troyan Microsoft Office ve Adobe məhsullarında olan boşluqlardan istifadə edib.
Mütəxəsislərin sözlərinə görə, xakerlər onlarla uğurlu hücum edə biliblər. Terabaytlarla məlumat oğurlanır və istifadəçinin xəbəri də olmur. 30-dan çox müxtəlif modulu olmayan virus "Kasperski Laboratoriyası" tərəfindən rəmzi olaraq Backdoor.Win32.Sputnik adını alıb. O, müxtəlif formatlarda sənədləri oğurlayır, sadə «.txt» faylından «.acid» kimi faylları da. Acid - bu fayl formatı məxfi şifrələmə proqram təminatına aid olan "Acid Cryptofiler"- ə məxsusdur. Hansı ki, Avropa Birliyi və NATO kimi strukturlarda istifadə olunur.
Hücum edənlər tərəfindən oğurlanan informasiya son dərəcə məxfi və özündə müxtəlif siyasi verilənləri saxlayır. Bu məlumatlar da dövlət səviyyəsində istifadə olunan verilənlərə daxildir.
Ekspertlər qeyd edirlər ki, bəzi modullarda "komik" səhvlər var. Məhz bu səhvlər də virusların hazırlayanların milliyyətini üzə çıxarıb. Ən azındarn aşkar olunub ki, virusu yaradanlar rusdillidir. Skriptlərdə "proga" və "zaklatka" kimi sozlərdən istifadə olunub və bu da bir çox qaranolıq mətləri açır. Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı məlumatda bildirilir ki, hücumları idarə etmək üçün Almaniya və Rusiya İP-ünvanlarına bağlanmış 60-dan çox domen adlardan istifadə olunub.
Qeyd edək ki, "Red October" əməliyyatı ilə bağlı "Kasperski Laboratoriyası"-nın mütəxəsisləri ilə birgə müxtəlif ölkələrin, həmçinin Azərbaycanın da CERT (Computer Emergency Response Teams) təşkilatı təhqiqatlar aparır.
SEYMUR
Baxış sayı: 1010
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir