Tarix:23/01/13
"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, şəbəkə təhlükəsizliyinin təminatı sahəsində qabaqcıl həllərin hazırlaması ilə məşğul olan "Stonesoft" korporasiyasının tədqiqatçıları 2013-cü il üçün altı əsas kibertəhdid müəyyənləşdiriblər. Kiberhücum və kibercasusluq daha aqressiv xarakter alacaq, həmçinin hakerlərin fəaliyyəti güclənəcək.
"Stonesoft" korporasiyasının kibertəhlükəsizlik üzrə direktoru Carno Limnel qeyd edib ki, hazırda dövlətlər öz kiberimkanlarına (həm müdafiə, həm hücum) fəal şəkildə sərmayə yatırır. Bununla əlaqədar, 2013-cü ildə kibermüharibələrin sayının artması gözləniləndir.
Bu isə ciddi fəsadlara və gözlənilməz kənar təsirlərə gətirib çıxara bilər. 2013-cü ildə əsas təhlükəsizlik təhdidlərindən biri yeni məqsədyönlü haker hücumları olacaq. Dövlət yeni zərərli proqramların hazırlanmasına sponsorluq edir və bu, təhlükələrin yayılma sürətinə təsir edə bilər.
Bundan başqa, analitiklər kibercasusluğun sonrakı inkişafını proqnozlaşdırır. 2013-cü ildə dünya ictimaiyyəti "botnet" və zərərli proqram təminatı ilə qarşılaşmağa davam edəcək: onlar istifadəçidən xəbərsiz onun kompüterinə quraşdırılmış sərt diskin məzmununu gizli şəkildə kibercinayətkara göndərir. Siyasət və ya dini məqsədlər naminə həyata keçirilən haker fəallığı güclənəcək. 2013-cü ildə hakerlik daha aqressiv xarakter alacaq və bu, onun təsirini artıracaq.
Böyük təşkilat və dövlətlər yeni dinamik texniki üsullarla üzləşəcək. Kibertəhlükəsizlik texnologiyaları daim təkmilləşdirildiyinə görə hakerlər maneəni dəf etmək üçün daha da güclü texnikalar hazırlamalı olacaqlar.
Emil Hüseynov
2013-cü ilin əsas təhlükəli təhdidləri
"Stonesoft" korporasiyasının tədqiqatçılarının araşdırmasına əsasən, kiberhücum, kibercasusluq və hakerlik 2013-cü ildə əsas təhlükəli təhdidlər olacaq."ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, şəbəkə təhlükəsizliyinin təminatı sahəsində qabaqcıl həllərin hazırlaması ilə məşğul olan "Stonesoft" korporasiyasının tədqiqatçıları 2013-cü il üçün altı əsas kibertəhdid müəyyənləşdiriblər. Kiberhücum və kibercasusluq daha aqressiv xarakter alacaq, həmçinin hakerlərin fəaliyyəti güclənəcək.
"Stonesoft" korporasiyasının kibertəhlükəsizlik üzrə direktoru Carno Limnel qeyd edib ki, hazırda dövlətlər öz kiberimkanlarına (həm müdafiə, həm hücum) fəal şəkildə sərmayə yatırır. Bununla əlaqədar, 2013-cü ildə kibermüharibələrin sayının artması gözləniləndir.
Bu isə ciddi fəsadlara və gözlənilməz kənar təsirlərə gətirib çıxara bilər. 2013-cü ildə əsas təhlükəsizlik təhdidlərindən biri yeni məqsədyönlü haker hücumları olacaq. Dövlət yeni zərərli proqramların hazırlanmasına sponsorluq edir və bu, təhlükələrin yayılma sürətinə təsir edə bilər.
Bundan başqa, analitiklər kibercasusluğun sonrakı inkişafını proqnozlaşdırır. 2013-cü ildə dünya ictimaiyyəti "botnet" və zərərli proqram təminatı ilə qarşılaşmağa davam edəcək: onlar istifadəçidən xəbərsiz onun kompüterinə quraşdırılmış sərt diskin məzmununu gizli şəkildə kibercinayətkara göndərir. Siyasət və ya dini məqsədlər naminə həyata keçirilən haker fəallığı güclənəcək. 2013-cü ildə hakerlik daha aqressiv xarakter alacaq və bu, onun təsirini artıracaq.
Böyük təşkilat və dövlətlər yeni dinamik texniki üsullarla üzləşəcək. Kibertəhlükəsizlik texnologiyaları daim təkmilləşdirildiyinə görə hakerlər maneəni dəf etmək üçün daha da güclü texnikalar hazırlamalı olacaqlar.
Emil Hüseynov
Baxış sayı: 975
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir