12px13px15px17px
Tarix:28/01/13

“Ağıllı” telefon sahiblərinin 80 faizi kiberhücumlara məruz qalır

Dünyada "ağıllı" telefon sahiblərinin sayı durmadan artır, mobil texnologiyalar yüksək templə inkişaf edir.

Bununla belə, “ağıllı” telefon istifadəçilərinin əksəriyyəti qurğularının məruz qala biləcəyi kibertəhlükələrdən xəbərdar deyillər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssis, “eScan MicroWorld” şirkətinin baş direktoru Qvind Rammurti hesab edir ki, “ağıllı” telefon istifadəçilərinin 80 faizi, prinsipcə, mobil təhlükələrin mövcudluğundan xəbərdar deyillər.

Hazırda kibercinayətkarlar üçün əsas hədəf “Google Android” əməliyyat sistemidir. Qeyd edək ki, “ağıllı” telefonların 75 faizi bu əməliyyat sistemi ilə işləyir. Şübhəli proqramlar daha çox qanuni proqramların adı altında maskalanır.

Emil Hüseynov



Baxış sayı: 887

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024