Tarix:01/02/13
“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, biznesin informasiya təhlükəsizliyi əksər hallarda əməkdaşların adət etdikləri üslubda işləməyə üstünlük verərək hər yerdə - evdə, işə gedərkən və qayıdarkən eyni qurğulardan istifadə etdiklərinə görə təhlükə ilə üzləşir. Yeni nəsil əməkdaşların internet adətkarlığı şirkətlər üçün əvvəllər qarşılaşmadıqları ciddi təhdidlərə yol açır.
Bundan əlavə, aparılan tədqiqatlarda müəyyən olunub ki, hazırda şəbəkə cinayətkarları diqqəti populyar axtarış sistemləri, pərakəndə satış mağazaları və sosial şəbəkələr kimi kütləvi auditoriyaya malik şəbəkə resurslarına yönəldirlər.
Zərərli kontentə hakerlər tərəfindən xüsusi olaraq yaradılan saytlarla müqayisədə internet-mağazaların saytlarında 21 dəfə, axtarış sistemlərində 27 dəfə daha çox yoluxma hallarına rast gəlinir. Sadalananlarla yanaşı, tədqiqatda “Android” əməliyyat sistemi üçün zərərli proqramların artması, spam həcminin azaldılması (2010-2011-ci illər ərzində spam həcmi 18 faiz aşağı düşüb) haqqında da söhbət açılır. İnternet-təhdidlərin coğrafi ərazisi də dəyişikliklərə məruz qalıb.
2011-ci ildə Çin daha çox zərərli kodlara yoluxan ölkələr siyahısında ikinci yerdə olub. 2012-ci ildə isə Çin altıncı yerə düşüb. Danimarka və İsveç kimi Skandinaviya ölkələri, əksinə, müvafiq olaraq üçüncü və dördüncü pilləyə qalxıb. Siyahıda birinci yerdə hələ də ABŞ qərarlaşıb. Bu ölkədə zərərli internet-kodların yoluxma səviyyəsi 33 faiz təşkil edir.
Emil Hüseynov
Müəssisələrin İT təhlükəsizliyi mobil qurğular vasitəsilə zəiflədilir
“Cisco” şirkətinin informasiya təhlükəsizliyi üzrə illik hesabatına (Cisco 2013 Annual Security Report, ASR) və “Cisco Connected World Technology Report” (CCWTR) tədqiqatına əsasən, şirkətlərin informasiya təhlükəsizliyi əməkdaşların mobil qurğulardan hər yerdə istifadə etməyə çalışması, iş və şəxsi həyat arasında olan məsafənin azaldılması səbəbindən zəifləyir.“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, biznesin informasiya təhlükəsizliyi əksər hallarda əməkdaşların adət etdikləri üslubda işləməyə üstünlük verərək hər yerdə - evdə, işə gedərkən və qayıdarkən eyni qurğulardan istifadə etdiklərinə görə təhlükə ilə üzləşir. Yeni nəsil əməkdaşların internet adətkarlığı şirkətlər üçün əvvəllər qarşılaşmadıqları ciddi təhdidlərə yol açır.
Bundan əlavə, aparılan tədqiqatlarda müəyyən olunub ki, hazırda şəbəkə cinayətkarları diqqəti populyar axtarış sistemləri, pərakəndə satış mağazaları və sosial şəbəkələr kimi kütləvi auditoriyaya malik şəbəkə resurslarına yönəldirlər.
Zərərli kontentə hakerlər tərəfindən xüsusi olaraq yaradılan saytlarla müqayisədə internet-mağazaların saytlarında 21 dəfə, axtarış sistemlərində 27 dəfə daha çox yoluxma hallarına rast gəlinir. Sadalananlarla yanaşı, tədqiqatda “Android” əməliyyat sistemi üçün zərərli proqramların artması, spam həcminin azaldılması (2010-2011-ci illər ərzində spam həcmi 18 faiz aşağı düşüb) haqqında da söhbət açılır. İnternet-təhdidlərin coğrafi ərazisi də dəyişikliklərə məruz qalıb.
2011-ci ildə Çin daha çox zərərli kodlara yoluxan ölkələr siyahısında ikinci yerdə olub. 2012-ci ildə isə Çin altıncı yerə düşüb. Danimarka və İsveç kimi Skandinaviya ölkələri, əksinə, müvafiq olaraq üçüncü və dördüncü pilləyə qalxıb. Siyahıda birinci yerdə hələ də ABŞ qərarlaşıb. Bu ölkədə zərərli internet-kodların yoluxma səviyyəsi 33 faiz təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 891
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir