12px13px15px17px
Tarix:12/02/13

Türkiyədən gələn virus «Facebook» vasitəsilə yayılır – diqqətli olun!

Son günlər yeni bir virus yayılmağa başlayıb. Belə ki, «Google Chrome» istifadəçiləri brauzerin zərərverici uzantısının hücum dalğasına məruz qalıblar. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu da «Google Chrome Web Store»-nin rəsmi onlayn mağazasında yerləşdirilib.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi bildirir ki, məsələ araşdırılıb və analiz zamanı aşkar olunub ki, hücum Türkiyədən gəlir.

Zərərverici linki yaymaq üçün “Facebook”dan istifadə olunur: «Bizim analizlərimizə əsasən müxtəlif ölkələrdə olan istifadəçilər bu zərərverici uzantıya yoluxub, hansı ki, kibercinayətkarlar tərəfindən müntəzəm olaraq rəsmi onlayn mağaza tərəfindən göndərilir. Biz bildirmişdik ki, 2012-ci ilin mart ayında Braziliyadan olan kibercinayətkarlar tərəfindən «Chrome Web Store»-yə zərərverici uzantını yerləşdirməyə müvəffəq olmuşlar. Sonralar isə «Google» avtomatik yükləmək imkanını ləğv etdi. Ola bilər ki, bu səbəbə görə kibercinayətkarlar zərərverici uzantını yükləmək üçün birbaşa rəsmi mağazaya qoşulurdular. İndi görünür ki, növbə türk kibercinayətkarlarına çatıb. Nəzərə alşaq ki, onlar son həftə ərzində ora bir neçə belə zərərverici uzantı yükləyə biliblər».

Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi bildirir ki, hücumların birinin gedişatı izlənildiyi zaman bir neçə “Facebook” akkauntlarından gələn xüsusi məktub diqqət çəkib. Həmin məktubun şəklini oxuculara təqdim edirik. Aşağıda göstərilən “.tk” domenindən yayılanlar:

http://www.facebookhiledunyasix.tk

http://facebookdayi.tk/ http://superhilemerkezi.tk/

http://facebooklikerr.tk/ http://facebooksuperhile.tk/

Belə ki, ünvan türk dilində olan səhifəyə göndərilir və göründüyü kimi, “Google Chrome”-un yenilənməsi tələb olunur.

SEYMUR



Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024