Tarix:13/02/13
"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, sənəd, həmçinin ABŞ-ın xüsusi xidmət orqanları ilə özəl şirkətləri arasında kibertəhdidlər haqqında informasiya mübadiləsini nəzərdə tutur. Bundan başqa, ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutu infrastruktur şirkətləri ilə birgə fərmanın imzalanmasından ötən 240 gün ərzində milli kibertəhlükəsizlik standartlarının əsas müddəalarını hazırlamalıdır. Kibertəhlükəsizlik haqqında fərmanın qəbulu Obama administrasiyası üçün olduqca mühüm idi. Ümumiyyətlə, kibertəhlükəsizlik Obamanın məruzəsinin əsas mövzularından biri olub:
"Biz hakerlərin insanların fərdi məlumatlarını ələ keçirmələrindən və elektron poçtlara icazəsiz daxil olmalarından xəbərdarıq. Həmçinin xarici dövlət və şirkətlərin bizim korporativ sirlərimizi təşkil edən məlumatları ələ keçirmələrindən xəbərdarıq. Hazırda düşmənlərimiz enerji şəbəkələri, maliyyə institutları və hava nəqliyyatını idarə sistemlərimizin işini pozmaqdan ötrü imkan axtarırlar".
Bu, çərçivə sənədidir və onun imzalanması xüsusi xidmət orqanları ilə özəl şirkətlər arasında məlumat mübadiləsinin bu an başlayacağı demək deyil, lakin o, yeni kibertəhlükəsizlik sisteminin yaradılmasının başlanğıcıdır.
Emil Hüseynov
Barak Obama kibertəhlükəsizlik haqqında fərman imzalayıb
ABŞ prezidenti Barak Obama kibertəhlükəsizlik haqqında fərman imzalayıb. Sənədə əsasən, ABŞ-ın infrastruktur şirkətləri, xüsusilə enerji istehsalçıları, müdafiə şirkətləri və bank sektoru öz müəssisələrində artıq mövcud federal təhlükəsizlik standartları ilə yanaşı, kiberhücumlara qarşı öz normalarını təyin edə bilərlər."ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, sənəd, həmçinin ABŞ-ın xüsusi xidmət orqanları ilə özəl şirkətləri arasında kibertəhdidlər haqqında informasiya mübadiləsini nəzərdə tutur. Bundan başqa, ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutu infrastruktur şirkətləri ilə birgə fərmanın imzalanmasından ötən 240 gün ərzində milli kibertəhlükəsizlik standartlarının əsas müddəalarını hazırlamalıdır. Kibertəhlükəsizlik haqqında fərmanın qəbulu Obama administrasiyası üçün olduqca mühüm idi. Ümumiyyətlə, kibertəhlükəsizlik Obamanın məruzəsinin əsas mövzularından biri olub:
"Biz hakerlərin insanların fərdi məlumatlarını ələ keçirmələrindən və elektron poçtlara icazəsiz daxil olmalarından xəbərdarıq. Həmçinin xarici dövlət və şirkətlərin bizim korporativ sirlərimizi təşkil edən məlumatları ələ keçirmələrindən xəbərdarıq. Hazırda düşmənlərimiz enerji şəbəkələri, maliyyə institutları və hava nəqliyyatını idarə sistemlərimizin işini pozmaqdan ötrü imkan axtarırlar".
Bu, çərçivə sənədidir və onun imzalanması xüsusi xidmət orqanları ilə özəl şirkətlər arasında məlumat mübadiləsinin bu an başlayacağı demək deyil, lakin o, yeni kibertəhlükəsizlik sisteminin yaradılmasının başlanğıcıdır.
Emil Hüseynov
Baxış sayı: 898
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir