12px13px15px17px
Tarix:14/02/13

ABŞ-da "Haker xidmətlərinə görə" medal təsis edilib

Amerika hökuməti kiberməkanda fəaliyyət göstərən və ya pilotsuz aparatları idarə edən əsgərlərin xüsusi xidmətlərinə görə təltif ediləcəyi "Distinguished Warfare Medal" adlı ilk mükafatı təsis edib. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi saytında yazılıb.

"Amerika hərbi qulluqçuları üçün yaradılan yeni imkanlar onlara uzaq nöqtədə yerləşərək düşmənlə vuruşmağa və döyüş gedişini dəyişdirməyə imkan verir – müdafiə naziri Leon Panetta bildirib. Təəssüf ki, bu cür insanların göstərdikləri xidmətlərə görə təltif ediləcəyi mükafat mövcud deyildi".

"Yeni mükafatın təsis edilməsi hərbi əməliyyatların prinsiplərinin dəyişilməsindən xəbər verir" – Amerika ordusunun generalı Martin Dempsi qeyd edib.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, kiberhücum texnologiyalarının inkişafı ilə növbəti "Perl Harbor" virtual məkanda baş verə bilər, – Panetta belə hesab edir. Hər bir "Distinguished Warfare Medal" mükafatını şəxsən müdafiə naziri təqdir edəcək. Qeyd edək ki, Leon Panetta tezliklə təqaüdə çıxacaq, buna görə bu vəzifəni onun varisi daşıyacaq. Döyüşlərdə iştirak edən amerikalı hərbi qulluqçular üçün nəzərdə tutulmuş yeni mükafat sonuncu dəfə 1944-cü ildə təsis edilib. O, döyüş meydanında göstərilmiş igidlik və qəhrəmanlığa görə təqdim edilən bürünc medal alıb.


Yeni mükafat Bürünc ulduzla müqayisədə daha yüksək, Gümüş ulduzla müqayisədə isə daha aşağı dərəcə daşıyacaq.

Xatırladaq ki, ABŞ kiberqoşun yaratmış ilk dövlətdir. 2009-cu ildə amerika ordusunda belə bölmənin yaradılması zəruriyyəti barədə general-leytenant Kit Aleksander bəyan etmişdi. Bu günlərdə ABŞ prezidenti Barak Obamanın imzaladığı fərmana əsasən, infrastruktur şirkətləri və xüsusi xidmət orqanları kibertəhdidlər barəsində informasiya mübadiləsi həyata keçirəcək, həmçinin milli kibertəhlükəsizlik standartları hazırlanacaq.

Emil Hüseynov



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024