Tarix:18/02/13
Seminarda Azərbaycan Respublikası Baş Prokurorluğunun, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndələri, Almaniyadan olan mütəxəssislər və ekspertlər iştirak edirlər. İki gün davam edəcək seminarda "Kibercinayətkarlıq – təzahür formaları, kompüter cinayətkarlığı ilə mübarizədə beynəlxalq normalar, məsələnin Almaniya qanunvericiliyində tənzimlənməsi", "Almaniyada polisin kibercinayətkarlıq sahəsində ekspertiza fəaliyyəti", "Kibercinayətkarlığın ictimai təhlükəliliyi, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri", "İnternet piratçılığı ilə mübarizənin metodları.
Beynəlxalq təcrübənin müqayisəli təhlili", "Provayderin məsuliyyəti və informasiya azadlığı", "Əldə olunmuş gəlirin geri alınması: Məsələnin Almaniya və Avropa qanunvericiliyində tənzimlənməsi" mövzularında məruzələr dinləniləcək.
RƏVAN
“Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi” mövzusunda elmi-praktik seminar işə başlayıb
Bakıda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, Almaniya Federal Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) və "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin (AHİM) birgə təşkilatçılığı ilə "Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi" mövzusunda elmi-praktik seminar işə başlayıb.Seminarda Azərbaycan Respublikası Baş Prokurorluğunun, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndələri, Almaniyadan olan mütəxəssislər və ekspertlər iştirak edirlər. İki gün davam edəcək seminarda "Kibercinayətkarlıq – təzahür formaları, kompüter cinayətkarlığı ilə mübarizədə beynəlxalq normalar, məsələnin Almaniya qanunvericiliyində tənzimlənməsi", "Almaniyada polisin kibercinayətkarlıq sahəsində ekspertiza fəaliyyəti", "Kibercinayətkarlığın ictimai təhlükəliliyi, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri", "İnternet piratçılığı ilə mübarizənin metodları.
Beynəlxalq təcrübənin müqayisəli təhlili", "Provayderin məsuliyyəti və informasiya azadlığı", "Əldə olunmuş gəlirin geri alınması: Məsələnin Almaniya və Avropa qanunvericiliyində tənzimlənməsi" mövzularında məruzələr dinləniləcək.
RƏVAN
Baxış sayı: 909
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir