Tarix:18/02/13
Bağırovun sözlərinə görə, Azərbaycan konvensiyaya 2009-cu ildə qoşulub və o vaxtdan respublikada kibercinayətkarlıqla mübarizə üzrə əhəmiyyətli islahatlar aparılıb. Bu məsələdə mühüm rol bilavasitə vəkillərə məxsusdur. Cinayət Məcəlləsinə yeni bəndlər əlavə edilib, bu sahədə tədbirlər davam edir.
"Son illər ərzində təkcə Azərbaycanda deyil, həm də bütün dünyada kibercinayətkarlıqla mübarizə məsələlərinin aktuallığı artır. İnternet istifadəçilərinin sayı ildən-ildən çoxalır. Bununla paralel olaraq kibernetik təhdidlərin də sayı artır. Son məlumatlara görə, hər il dünyada 500 milyondan artıq adam belə təhdidlərin qurbanı olur. Bunu nəzərə alaraq məhkəmə ekspertizası və hüquq-mühafizə orqanlarının əməkdaşlarının peşəkarlığının artırılması başlıca vəzifəyə çevrilir", - Bağırov bildirib.
Bu məsələnin həllinə İnformasiya Texnologiyaları Universiteti mühüm töhfə verə bilər. Habelə "Azərbaycan-2020" konvensiyasında kibercinayətkarlıqla mübarizə məsələlərinə yer verilib.
RƏVAN
Azərbaycan qanunvericiliyi kibercinayətkarlıq haqqında Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılır
Azərbaycan qanunvericiliyi kibercinayətkarlıq haqqında Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılır. Bu barədə jurnalistlərə "Azərbaycanda Hüquqi İslahatlar Mərkəzi" İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının üzvü Anar Bağırov bildirib.Bağırovun sözlərinə görə, Azərbaycan konvensiyaya 2009-cu ildə qoşulub və o vaxtdan respublikada kibercinayətkarlıqla mübarizə üzrə əhəmiyyətli islahatlar aparılıb. Bu məsələdə mühüm rol bilavasitə vəkillərə məxsusdur. Cinayət Məcəlləsinə yeni bəndlər əlavə edilib, bu sahədə tədbirlər davam edir.
"Son illər ərzində təkcə Azərbaycanda deyil, həm də bütün dünyada kibercinayətkarlıqla mübarizə məsələlərinin aktuallığı artır. İnternet istifadəçilərinin sayı ildən-ildən çoxalır. Bununla paralel olaraq kibernetik təhdidlərin də sayı artır. Son məlumatlara görə, hər il dünyada 500 milyondan artıq adam belə təhdidlərin qurbanı olur. Bunu nəzərə alaraq məhkəmə ekspertizası və hüquq-mühafizə orqanlarının əməkdaşlarının peşəkarlığının artırılması başlıca vəzifəyə çevrilir", - Bağırov bildirib.
Bu məsələnin həllinə İnformasiya Texnologiyaları Universiteti mühüm töhfə verə bilər. Habelə "Azərbaycan-2020" konvensiyasında kibercinayətkarlıqla mübarizə məsələlərinə yer verilib.
RƏVAN
Baxış sayı: 1170
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir