12px13px15px17px
Tarix:19/02/13

Məmurlar internetdə anonimliyi ləğv etmək istəyirlər?

Rusiya Dövlət Duması internet və hostinq provayderlərin öhdəçiliyinə cinayət törətməkdə şübhəli bilinən istifadəçilərin şəxsiyyətinin açıqlanmasının da daxil edildiyi qanun hazırlayır.

Faktiki olaraq söhbət Runetdə anonimliyin ləğv edilməsindən gedir. İnternet istifadəçisi cinayət törətməkdə şübhəli bilinərsə, o zaman rabitə operatorları hüquq-mühafizə orqanlarına serverdə qeydiyyatdan keçən və onları maraqlandıran şəxs haqqında bütün informasiyanı ötürməlidir.

“ICTnews.az” elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, sənəd müəllifləri hesab edirlər ki, insan cinayət törətmədiyi halda şəbəkədə məxfiliyin səviyyəsini seçməkdə sərbəstdir. Lakin əgər o, şübhəli şəxs qismindədirsə, anonimlik təqsirin müəyyən olunması və məsuliyyətə cəlb edilməsi üçün maneə olmamalıdır.

Hakimiyyət orqanlarına informasiya vermək hazırda da operator və hostinq-provayderlərin borcudur. Məhkəmənin qərarı ilə İP-ünvanlar, trafik, ödənişlər və s. haqqında məlumatlar açıqlana bilər.

İlin üçüncü rübündə hazır olacaq qanun layihəsi istifadəçinin şəxsiyyətinin müəyyən edilməsi üçün dövlət orqanlarının imkanlarını artırır. “compulenta.ru” saytının məlumatına görə, operator və hostinq-provayderlərin istintaqla əməkdaşlığını əsaslandırmaq üçün məmurlar törədilən cinayətə görə məsuliyyətin istifadəçi haqqında informasiya verməkdən imtina edən şirkətin üzərinə qoyulmasını təklif edirlər.

Emil Hüseynov



Baxış sayı: 779

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024