Tarix:20/02/13
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən məlumat verilib. Mərkəz qeyd edir ki, iki gün davam edən və əsasən, kompüter cinayətlərinin açılması sahəsində ixtisaslaşmış məhkəmə ekspertləri üçün nəzərdə tutulmuş seminarın keçirilməsində məqsəd kompüter texnologiyaları sahəsində baş verən cinayətlərin ekspertizası üzrə beynəlxalq metodologiyanın və müasir texnologiyaların öyrənilməsi, habelə respublikamızın bu sahədə fəaliyyət göstərən mütəxəssislərinin peşə bacarıqlarının inkişaf etdirilməsi və onların müvafiq biliklərinin artırılmasından ibarətdir.
Məruzəçilərinin əsasən, almaniyalı ekspertlərdən ibarət olan tədbirdə Baş prokurorluğun, Ədliyyə, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşları, hakimlər və vəkillər iştirak ediblər. Tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov almaniyalı qonaqları və iştirakçıları salamlayaraq seminarın məhkəmə ekspertləri üçün əhəmiyyəti, bu sahədə qabaqcıl texnologiyaların öyrəniləməsinin zəruriliyi, habelə məsələnin hüquqi aspektləri barədə məlumat verib.
Sonra AHİM-nin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "2013"-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasının əhəmiyyəti və tədbirin qeyd olunan Sərəncamın tələbləri ilə uzlaşmasını qeyd edib. Seminarda almaniyalı mütəxəssislər – Almaniyanın Köln Torpaq Məhkəməsinin sədr müavini, hakim Kristian Şmitz-Yusten "İnternet piratçılığı ilə mübarizənin methodları", həmin məhkəmənin hakimi Jens Şiminovski "Kibercinayətkarlıq – təzahür formaları, Kompüter cinayətkarlığı ilə mübarizədə beynəlxalq normalar, məsələnin Almaniya qanunvericiliyində tənzimlənməsi", həmçinin Köln Baş Polis İdarəsinin Kompüter Cinayətkarlığı Departamentinin baş komissarı Tomas Qraupeter "Almaniyada polisin kibercinayətkarlıq sahəsində ekspertiza fəaliyyəti" mövzularında çıxışlar ediblər.
İnteraktiv formada keçirilən seminarda mövzular ətrafında geniz müzakirələr, faydalı fikir mübadilə aparılıb, hər iki ölkənin bu sahədəki təcrübəsi haqqında məlumatlar bölüşülüb. Seminarın ikinci günü "Provayderin məsuliyyəti və informasiya azadlığı", "Qanunsuz gəlirlərin geri qaytarılması: məsələnin Almaniya və Avropa qanunvericiliyində tənzimlənməsi" və digər mövzularda məruzələr dinləniləcək.
SEYMUR
Bakıda kibercinayətkarlıqla mübarizəyə həsr olunmuş tədbir keçirilib
Bakıda "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin (AHİM) təşəbbüsü və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (IRZ) maliyyə dəstəyi ilə "Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi" mövzusunda elmi-praktik seminar öz işinə başlayıb.Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən məlumat verilib. Mərkəz qeyd edir ki, iki gün davam edən və əsasən, kompüter cinayətlərinin açılması sahəsində ixtisaslaşmış məhkəmə ekspertləri üçün nəzərdə tutulmuş seminarın keçirilməsində məqsəd kompüter texnologiyaları sahəsində baş verən cinayətlərin ekspertizası üzrə beynəlxalq metodologiyanın və müasir texnologiyaların öyrənilməsi, habelə respublikamızın bu sahədə fəaliyyət göstərən mütəxəssislərinin peşə bacarıqlarının inkişaf etdirilməsi və onların müvafiq biliklərinin artırılmasından ibarətdir.
Məruzəçilərinin əsasən, almaniyalı ekspertlərdən ibarət olan tədbirdə Baş prokurorluğun, Ədliyyə, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşları, hakimlər və vəkillər iştirak ediblər. Tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov almaniyalı qonaqları və iştirakçıları salamlayaraq seminarın məhkəmə ekspertləri üçün əhəmiyyəti, bu sahədə qabaqcıl texnologiyaların öyrəniləməsinin zəruriliyi, habelə məsələnin hüquqi aspektləri barədə məlumat verib.
Sonra AHİM-nin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "2013"-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasının əhəmiyyəti və tədbirin qeyd olunan Sərəncamın tələbləri ilə uzlaşmasını qeyd edib. Seminarda almaniyalı mütəxəssislər – Almaniyanın Köln Torpaq Məhkəməsinin sədr müavini, hakim Kristian Şmitz-Yusten "İnternet piratçılığı ilə mübarizənin methodları", həmin məhkəmənin hakimi Jens Şiminovski "Kibercinayətkarlıq – təzahür formaları, Kompüter cinayətkarlığı ilə mübarizədə beynəlxalq normalar, məsələnin Almaniya qanunvericiliyində tənzimlənməsi", həmçinin Köln Baş Polis İdarəsinin Kompüter Cinayətkarlığı Departamentinin baş komissarı Tomas Qraupeter "Almaniyada polisin kibercinayətkarlıq sahəsində ekspertiza fəaliyyəti" mövzularında çıxışlar ediblər.
İnteraktiv formada keçirilən seminarda mövzular ətrafında geniz müzakirələr, faydalı fikir mübadilə aparılıb, hər iki ölkənin bu sahədəki təcrübəsi haqqında məlumatlar bölüşülüb. Seminarın ikinci günü "Provayderin məsuliyyəti və informasiya azadlığı", "Qanunsuz gəlirlərin geri qaytarılması: məsələnin Almaniya və Avropa qanunvericiliyində tənzimlənməsi" və digər mövzularda məruzələr dinləniləcək.
SEYMUR
Baxış sayı: 829
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir