Tarix:01/08/11
Keçən həftə “Anonymous” qrupu istifadəçiləri “PayPal” xidmətlərindən imtina etməyə səsləyib. Əvvəlcə heç kəs hakerlərin qanuni etirazını ciddi qəbul etməyib, amma hakerlərin boykota çağırışından sonra “eBay” səhmlərinin dəyəri nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Bu da şirkətə 1 milyard dollar dəyərində zərər vurub. Lakin analitiklər səhmlərin dəyərinin aşağı düşməsinin əsas səbəbini “eBay”ın ikinci rübdə gəlirinin 1,4 dəfə aşağı düşməsi xəbərini verməsini hesab edirlər.
“PayPal” isə öz növbəsində boykota çağırışlara cavab kimi Federal Tədqiqatlar Bürosuna (FTB) 1000 İP ünvandan siyahı təqdim edib. “Anonymous” hakerləri məhz bu İP ünvanlardan keçən il ödəmə sisteminin serverlərinə hücum ediblər. Çətin ki bu siyahı xüsusi xidmət orqanlarına kömək edə bilə. Çünki bu qırmada söhbət “DDoS” hücumlardan gedir ki, belə hücumlar isə heç nədən şübhələnməyən istifadəçilərin kompyuterlərindən edilir.
www.3dnews.ru
“PayPal” hakerlərin 1000-dən çox İP ünvanını FTB-yə verib
Keçən il “Wikileaks” resursunun hesablarını bloklamış “PayPal” ödəmə sisteminin “Anonymous” haker qrupu ilə qarşıdurması davam edir. Məlum olduğu kimi, “PayPal” ödəmə sistemi “Wikileaks” hesablarına ödənişləri qəbul etməyi dayandırdıqdan sonra haker qrupunun iştirakçıları 2010-cu ilin dekabr ayında onun serverlərinə bir sıra hücumlar ediblər.Keçən həftə “Anonymous” qrupu istifadəçiləri “PayPal” xidmətlərindən imtina etməyə səsləyib. Əvvəlcə heç kəs hakerlərin qanuni etirazını ciddi qəbul etməyib, amma hakerlərin boykota çağırışından sonra “eBay” səhmlərinin dəyəri nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Bu da şirkətə 1 milyard dollar dəyərində zərər vurub. Lakin analitiklər səhmlərin dəyərinin aşağı düşməsinin əsas səbəbini “eBay”ın ikinci rübdə gəlirinin 1,4 dəfə aşağı düşməsi xəbərini verməsini hesab edirlər.
“PayPal” isə öz növbəsində boykota çağırışlara cavab kimi Federal Tədqiqatlar Bürosuna (FTB) 1000 İP ünvandan siyahı təqdim edib. “Anonymous” hakerləri məhz bu İP ünvanlardan keçən il ödəmə sisteminin serverlərinə hücum ediblər. Çətin ki bu siyahı xüsusi xidmət orqanlarına kömək edə bilə. Çünki bu qırmada söhbət “DDoS” hücumlardan gedir ki, belə hücumlar isə heç nədən şübhələnməyən istifadəçilərin kompyuterlərindən edilir.
www.3dnews.ru
Baxış sayı: 1252
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir