12px13px15px17px
Tarix:06/03/13

“Google” şirkəti məxfi orqanlardan nə qədər məktub alır?

“Google” şirkəti istifadəçilər haqqında informasiyanın verilməsi tələbi daxil olan rəsmi məktubların sayını açıqlayıb. Federal Təhlükəsizlik Bürosu internet nəhənginə "milli təhlükəsizliyin təmini üçün məktublar" adlandırılan xüsusi mesaj göndərir.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, “Google” şirkəti cavabında ad, ünvan və başqa məxfi informasiya barəsində məlumat verir, lakin “Gmail” elektron poçtundakı məktubların məzmunu, axtarış sorğuları, “YouTube”a yüklənmiş video və “IP” ünvanla bağlı məlumatları məxfi saxlayır.

“Google” şirkəti Federal Təhlükəsizlik Bürosunun sorğuları haqqında məlumatları qeyri-adi formada dərc edib. Şirkət məktubların sayı barədə dəqiq məlumat verməsə də, lakin bildirir ki, məsələn, 2012-ci ildə bu cür məktubların sayı 1000-1999, 2010-cu ildə isə 2000-2999 arasında olub.

Emil Hüseynov



Baxış sayı: 881

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024