Tarix:13/03/13
Senat komitəsində çıxış edən Aleksander Kit qeyd edib ki, hazırda digər ölkələrdən genişmiqyaslı kiberhücum gözlənilmir, çünki onlar başa düşürlər ki, kiberhücumun mənbəyi aşkar edilə və nəticədə həmin dövlətlərə qarşı sərt cavab tədbiri həyata keçirilə bilər. Lakin Amerika generalı hesab edir ki, kiberhücum metodları daima təkmilləşdirilir və gec-tez terror qruplaşmalarının əlinə keçə bilər. Bu zaman onlar ABŞ-a kifayət qədər zərər vurmaq üçün əllərindən gələni edəcəklər.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, belə hadisələrin qarşısını ancaq düşmənin plan və pis niyyətini aşkar edən və təcili qərarların qəbul edilməsini nəzərdə tutan aktiv kibermüdafiə sisteminin köməkliyi ilə almaq olar.
Silahlı Qüvvələrin Kiberkomandanlıq üzrə direktoru bunu düşmənin ballistik raketinin məhv edilməsi üzrə Raket əleyhinə müdafiə sisteminin fəaliyyəti ilə müqayisə edib. ABŞ kiberməkanının təhlükəsizliyinin təmin edilməsindən cavabdeh olan 13 xüsusi dəstə məhz bu taktika əsasında fəaliyyət göstərəcək. Yerdə qalan 17 dəstə isə Pentaqon və ABŞ-ın Silahlı Qüvvələrinin informasiya sistemləri və verilənlər bazasının müdafiəsi ilə məşğul olacaq.
Cari ilin fevralında Amerikanın “Mandiant” adlanan özəl firmasının dərc etdiyi hesabatda Çinin kompüter texnologiyalarının köməkliyi ilə ABŞ-ın əqli mülkiyyət və kommersiya sirlərini ələ keçirməsi qeyd edilib.
Təhlükəsizlik məsələləri üzrə ekspertlər Amerikanın 140-dan çox şirkətinin informasiya sistemlərinə icazəsiz giriş hadisəsini təhlil etdikdən sonra kiberhücumun Çinin Xalq Qurtuluş Ordusunun 61398 nömrəli məxfi bölməsindən həyata keçirilməsi fikrinə gəliblər. Çin hakimiyyəti isə bu ittihamı rədd edib.
Emil Hüseynov
Pentaqon ABŞ-ı kiberhücumlardan müdafiə etmək üçün xüsusi dəstə yaradır
Pentaqon federal hökumət, Amerika qoşunları və milli infrastrukturu kiberhücumlardan qorumaq üçün 30 xüsusi dəstə yaradır. Konqresdə keçirilən dinləmələr zamanı ABŞ Silahlı Qüvvələri Kiberkomandanlığının direktoru general Kit Aleksander dövlət qurumları və böyük şirkətlərin informasiya sistemlərinin tez-tez kiberhücumlara məruz qalmasını belə qərar qəbul edilməsinə səbəb kimi göstərib.Senat komitəsində çıxış edən Aleksander Kit qeyd edib ki, hazırda digər ölkələrdən genişmiqyaslı kiberhücum gözlənilmir, çünki onlar başa düşürlər ki, kiberhücumun mənbəyi aşkar edilə və nəticədə həmin dövlətlərə qarşı sərt cavab tədbiri həyata keçirilə bilər. Lakin Amerika generalı hesab edir ki, kiberhücum metodları daima təkmilləşdirilir və gec-tez terror qruplaşmalarının əlinə keçə bilər. Bu zaman onlar ABŞ-a kifayət qədər zərər vurmaq üçün əllərindən gələni edəcəklər.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, belə hadisələrin qarşısını ancaq düşmənin plan və pis niyyətini aşkar edən və təcili qərarların qəbul edilməsini nəzərdə tutan aktiv kibermüdafiə sisteminin köməkliyi ilə almaq olar.
Silahlı Qüvvələrin Kiberkomandanlıq üzrə direktoru bunu düşmənin ballistik raketinin məhv edilməsi üzrə Raket əleyhinə müdafiə sisteminin fəaliyyəti ilə müqayisə edib. ABŞ kiberməkanının təhlükəsizliyinin təmin edilməsindən cavabdeh olan 13 xüsusi dəstə məhz bu taktika əsasında fəaliyyət göstərəcək. Yerdə qalan 17 dəstə isə Pentaqon və ABŞ-ın Silahlı Qüvvələrinin informasiya sistemləri və verilənlər bazasının müdafiəsi ilə məşğul olacaq.
Cari ilin fevralında Amerikanın “Mandiant” adlanan özəl firmasının dərc etdiyi hesabatda Çinin kompüter texnologiyalarının köməkliyi ilə ABŞ-ın əqli mülkiyyət və kommersiya sirlərini ələ keçirməsi qeyd edilib.
Təhlükəsizlik məsələləri üzrə ekspertlər Amerikanın 140-dan çox şirkətinin informasiya sistemlərinə icazəsiz giriş hadisəsini təhlil etdikdən sonra kiberhücumun Çinin Xalq Qurtuluş Ordusunun 61398 nömrəli məxfi bölməsindən həyata keçirilməsi fikrinə gəliblər. Çin hakimiyyəti isə bu ittihamı rədd edib.
Emil Hüseynov
Baxış sayı: 810
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir