12px13px15px17px
Tarix:14/03/13

Şərqli hakerlər Qərb banklarını "soyur"

Son bir neçə gündə Yaxın Şərqin “al Qassam Cyber Fighters” adlanan haker qruplaşması Qərb dünyasının yeni maliyyə institutlarına qarşı davamlı hücumlar həyata keçirir. Çox güman ki, bu haker qruplaşması böyük resurslara və yaxşı maliyyə imkanına malikdir.

Amerika banklarının nümayəndələri ötən ilin payızından vaxtaşırı bildirirlər ki, onların İT sistemlərinə Yaxın Şərqin haker qruplaşması tərəfindən “DDOS” hücumlar həyata keçirilir. Hakerlər dəfələrlə böyük bankların internet üzərindən həyata keçirilən bankçılıq sistemlərini tamamilə sıradan çıxarıblar. Bu isə bank ödənişlərini həyata keçirən onminlərlə müştərinin narazılığına səbəb olub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, martın 5-də “al Qassam Cyber Fighters” haker qruplaşması “Pastebin” resursunda Qərbin 9 bankına hücum barədə məlumat yerləşdirərək növbəti kiberkampaniyanın başlanmasını elan edib.

Ekspertlərin sözlərinə görə, hazırda “al Qassam Cyber Fighters”in səlahiyyətində daha güclü “DDOS” kanallar var. Belə ki, əgər əvvəllər “DDOS” kanalların gücü nadir hallarda 10 Qbit/s həddini keçirdisə, hazırda o, 40 Qbit/s təşkil edir.

Haker qruplaşmasının məlumatına əsasən, hədəf bankların siyahısında “Bank of America”, “BB&T”, “CapitalOne”, “Citibank”, “Fifth Third Bancorp”, “JPMorgan Chase”, “PNC”, “UnionBank” və “U.S. Bank” kimi obyektlər yer alıb. Məlumat üçün bildirək ki, artıq “JPMorgan Chase” Amerika bankının veb-saytının fəaliyyəti blok edilib. Bankın nümayəndəsi Maykl Fusko bildirib ki, bankın saytına “DDOS” hücum həyata keçirilib.

Emil Hüseynov



Baxış sayı: 929

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024