Tarix:14/03/13
Azərbaycanın İnformasiya təhlükəsizliyi mərkəzinin rəhbəri və “milli *.az” domeninin administratoru Faiq Fərmanov “ICTnews”-a verdiyi məlumata əsasən, hazırda bu stop-vərəqədə artıq 100-ə yaxın Azərbaycan domeni var.
“Bu stop-vərəqəyə arzuedilməz domen adları ilə yanaşı, Azərbaycanın coğrafi adlarını, ölkənin milli-mədəni və tarixi dəyərlərinin adlarını göstərən domen adları daxildir. Gələcəkdə biz Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin iştirakı ilə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin köməyi ilə bu siyahını genişləndirmək niyyətindəyik. Bu siyahıya coğrafi adlarla yanaşı, onların üçhərfli nişanlarda və ölkənin tarixi şəxsiyyətlərinin adları və soyadları daxildir”, - deyə F. Fərmanov bildirib.
F. Fərmanovun sözlərinə əsasən, bu tədbirlər kiberskvottinqin (cybersquatting — domenlərin gələcəkdə təkrar satış məqsədi ilə qeydiyyatı) qarşısını almaq məqsədi ilə edilir.
Qeyd edək ki, bəzi hallarda müəyyən domen adları gələcəkdə şantaj və pul qoparmaq məqsədi ilə kənar şəxslər tərəfindən qeydiyyatdan keçirilir.
Aynur Vəliyeva
Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir
Azərbaycanın milli domen adlarının stop-vərəqəsinin genişləndirilməsi üzrə işlərin sürətləndirilməsi gözlənilir.Azərbaycanın İnformasiya təhlükəsizliyi mərkəzinin rəhbəri və “milli *.az” domeninin administratoru Faiq Fərmanov “ICTnews”-a verdiyi məlumata əsasən, hazırda bu stop-vərəqədə artıq 100-ə yaxın Azərbaycan domeni var.
“Bu stop-vərəqəyə arzuedilməz domen adları ilə yanaşı, Azərbaycanın coğrafi adlarını, ölkənin milli-mədəni və tarixi dəyərlərinin adlarını göstərən domen adları daxildir. Gələcəkdə biz Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin iştirakı ilə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin köməyi ilə bu siyahını genişləndirmək niyyətindəyik. Bu siyahıya coğrafi adlarla yanaşı, onların üçhərfli nişanlarda və ölkənin tarixi şəxsiyyətlərinin adları və soyadları daxildir”, - deyə F. Fərmanov bildirib.
F. Fərmanovun sözlərinə əsasən, bu tədbirlər kiberskvottinqin (cybersquatting — domenlərin gələcəkdə təkrar satış məqsədi ilə qeydiyyatı) qarşısını almaq məqsədi ilə edilir.
Qeyd edək ki, bəzi hallarda müəyyən domen adları gələcəkdə şantaj və pul qoparmaq məqsədi ilə kənar şəxslər tərəfindən qeydiyyatdan keçirilir.
Aynur Vəliyeva
Baxış sayı: 919
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib