Tarix:27/03/13
“Kaspersky Laboratoriyası”nın yaydığı məlumata əsasən, İnterpolla əməkdaşlıq çərçivəsində şirkət “IGCI”-yə kibercinayətlərin araşdırılmasında geniş konsultasiya dəstəyi verəcək, eyni zamanda öz ekspertlərini 2014-cü ildə Sinqapurda açılacaq “IGCI”-nin ofisində işləməyə göndərəcək.
Şirkət həmçinin İnterpolun müxtəlif ölkələrin kibercinayətlər və kibertəhdidlərlə mübarizə üzrə qanunvericilik orqanlarının ekspertizasının genişləndirilməsi təşəbbüslərini dəstəkləyəcək.
«Mən uzun müddətdi ki, internet-İnterpolu adlanan qurumun yaradılmasına nail olmaq istəyirdim, və artıq bu reallığa çevrildi. Biz kibercinayətlərin araşdırmasında müxtəlif ölkələrin qanunvericilik orqanlarına ekspertizamızı, texnologiyalarımızı və ehtiyatlarımızı təqdim edərək aktiv iştirak edirik. Artıq cinayətkarların hansısa uzaq ölkədə “gizlənmək” imkanı olmayacaq”, - deyə Evgeniy Kaspersky bildirib.
Öz növbəsində bu məsələ ilə bağlı danışıqların sonunda “IGCI”-nin icraçı direktoru Noboru Nakatani qeyd edib ki, “Kaspersky Laboratoriyası” tərəfindən “IGCI”-nin dəstəklənməsi İnterpolun üzvü olan 190 ölkənin qanunvericilik orqanlarının kibercinayətlərin araşdırılması və beynəlxalq kibermühiti qorumaq üçün tələb olunan ekspertizanı əldə etməyə imkan verəcək.
AYNUR
“Kaspersky Laboratoriyası” İnterpolla əməkdaşlıq edəcəyini bəyan edib
“Kaspersky Laboratoriyası” kibertəhdidlərlə dünya səviyyəsində mübarizə məqsədi ilə İnterpolun yüksək texnologiyalar sahəsində cinayətlərin araşdırılması ilə məşğul olan bölməsi (Global Complex for Innovation IGCI) ilə əməkdaşlıq edəcək.“Kaspersky Laboratoriyası”nın yaydığı məlumata əsasən, İnterpolla əməkdaşlıq çərçivəsində şirkət “IGCI”-yə kibercinayətlərin araşdırılmasında geniş konsultasiya dəstəyi verəcək, eyni zamanda öz ekspertlərini 2014-cü ildə Sinqapurda açılacaq “IGCI”-nin ofisində işləməyə göndərəcək.
Şirkət həmçinin İnterpolun müxtəlif ölkələrin kibercinayətlər və kibertəhdidlərlə mübarizə üzrə qanunvericilik orqanlarının ekspertizasının genişləndirilməsi təşəbbüslərini dəstəkləyəcək.
«Mən uzun müddətdi ki, internet-İnterpolu adlanan qurumun yaradılmasına nail olmaq istəyirdim, və artıq bu reallığa çevrildi. Biz kibercinayətlərin araşdırmasında müxtəlif ölkələrin qanunvericilik orqanlarına ekspertizamızı, texnologiyalarımızı və ehtiyatlarımızı təqdim edərək aktiv iştirak edirik. Artıq cinayətkarların hansısa uzaq ölkədə “gizlənmək” imkanı olmayacaq”, - deyə Evgeniy Kaspersky bildirib.
Öz növbəsində bu məsələ ilə bağlı danışıqların sonunda “IGCI”-nin icraçı direktoru Noboru Nakatani qeyd edib ki, “Kaspersky Laboratoriyası” tərəfindən “IGCI”-nin dəstəklənməsi İnterpolun üzvü olan 190 ölkənin qanunvericilik orqanlarının kibercinayətlərin araşdırılması və beynəlxalq kibermühiti qorumaq üçün tələb olunan ekspertizanı əldə etməyə imkan verəcək.
AYNUR
Baxış sayı: 696
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir