12px13px15px17px
Tarix:29/03/13

Antiviruslar veb-əlavələr vasitəsilə yüklənən zərərli proqram təminatını aşkar edə bilmir

Şəbəkənin mühafizəsi üçün aparat və proqram həlləri ilə məşhur olan "Palo Alto Networks" şirkətinin ekspertlərinin gəldiyi nəticəyə əsasən, antivirus proqramları tərəfindən aşkar edilməyən proqram təminatının 94%-i real vaxt rejimində istifadə edilən veb-əlavələr vasitəsilə yayılır.

Xatırladaq ki, veb-əlavələr veb-serverlərdə proseslərin avtomatlaşdırılmış icrası üçün nəzərdə tutulmuş proqramlardır və istifadəçi interfeysi qismində brauzerdən istifadə edir. Onlar son ildə əməliyyat sistemindən asılı olmaması səbəbindən çox populyarlaşıblar.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, "Palo Alto Networks" şirkətinin araşdırmasına əsasən, hazırda mövcud antivirus proqramlarının əksəriyyəti istifadəçilərin kompüterlərinə veb-əlavələr vasitəsilə yüklənən zərərli proqram təminatını aşkar edə bilmirlər.

Təhlükəsizlik üzrə ekspertlərin müşahidəsinə əsasən, əksər hallarda virusların yayılması üçün "FTP" protokollardan istifadə olunur.

Virusların təxminən 95%-i yükləndikdən sonra 30 gün ərzində aşkar olunmur. Hesabata əsasən, zərərli proqram təminatının yaradıcıları onu adaptasiya "qabiliyyətli" etməyə çalışırlar. Məsələn, tədqiqatçıların müəyyən etdikləri 30 müxtəlif metodun köməkliyi ilə zərərli proqram təminatı müəyyən müddət aşkar olunmur.

Ekspertlər hesab edir ki, antivirus şirkətləri öz məhsullarına bəzi dəyişikliklər etməlidirlər.

Emil Hüseynov



Baxış sayı: 798

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024