Tarix:01/04/13
"ICTnews" xəbər xidmətinin şirkətin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, araşdırmanın nəticələri göstərib ki, rəqəmli dünyanın ən zəif nöqtələri fərdi kompüterlər, planşetlər, mobil telefonlar və qeyri-korporativ şəbəkələrdir. Kompüter hücumları nöqteyi-nəzərindən ən təhlükəli sahələr telekommunikasiya (internet, mobil şəbəkələr) və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləridir. Bu sistemlərin siyahısına yuxarı səviyyəli idarəetmə sistemi olan və sənaye, enerji, nəqliyyat, kütləvi informasiya vasitələri və digər istənilən sahədə texnoloji proseslərin işinə cavabdeh olan "SCADA" da daxildir. "SCADA"-nın təhlükəsizliyini araşdırarkən "Kasperski Laboratoriyası"nın mütəxəssisləri sürpriz ilə rastlaşıblar – "Mother-SCADA" adlanan, dünyanın əsas sənaye sistemi ilə.
Yer üzündə baş verən, demək olar ki, hər şey bu sistemdən asılıdır, səhər yeməyinin dadından başlayaraq, ulduzların göydə hərəkət sürətinədək, yəni Matrisada texnoloji prosesləri idarə edən "SCADA". Hazırda şirkətin ekspertləri "Mother-SCADA"-ya artıq qoşulublar və orda hələ ki, kritik boşluqlar aşkar etməyiblər, lakin sistemin arxitekturu onun 100% təhlükəsizliyinə zəmanət verməyə imkan vermir, hətta baxmayaraq ki, o, naməlum "OS Unix" qolu üzərində işlənib.
Araşdırmaların başa çatmadığına baxmayaraq, ekspertlər artıq əmindirlər ki, əldə etdikləri məlumat əlavə təhlükəsizlik sistemlərinin layihələndirilməsi üçün kifayət qədər əsas verir. Bununla əlaqədar olaraq, şirkət "dünyanın əsas "SCADA"-nın" qoruma sisteminin tərtibatına başlayıb və "SCADA" əməliyyat və təhlükəsizlik sistemlərinin hazırlanması üzrə mütəxəssislərin əlavə rekrutinqini aparır.
Aynur Vəliyeva
Fərdi kompüterlər, planşetlər, mobil telefonlar və qeyri-korporativ şəbəkələr viruslara qarşı daha dayanıqsızdır
"Kasperski Laboratoriyası" kritik vacib kompüter sistemlərinin təhlükəsizlik problemlərinin araşdırmasının nəticəsində "Mother-SCADA" sisteminin 100% mühafizəsini təmin etmək məqsədi ilə işlərə başlayıb."ICTnews" xəbər xidmətinin şirkətin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, araşdırmanın nəticələri göstərib ki, rəqəmli dünyanın ən zəif nöqtələri fərdi kompüterlər, planşetlər, mobil telefonlar və qeyri-korporativ şəbəkələrdir. Kompüter hücumları nöqteyi-nəzərindən ən təhlükəli sahələr telekommunikasiya (internet, mobil şəbəkələr) və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləridir. Bu sistemlərin siyahısına yuxarı səviyyəli idarəetmə sistemi olan və sənaye, enerji, nəqliyyat, kütləvi informasiya vasitələri və digər istənilən sahədə texnoloji proseslərin işinə cavabdeh olan "SCADA" da daxildir. "SCADA"-nın təhlükəsizliyini araşdırarkən "Kasperski Laboratoriyası"nın mütəxəssisləri sürpriz ilə rastlaşıblar – "Mother-SCADA" adlanan, dünyanın əsas sənaye sistemi ilə.
Yer üzündə baş verən, demək olar ki, hər şey bu sistemdən asılıdır, səhər yeməyinin dadından başlayaraq, ulduzların göydə hərəkət sürətinədək, yəni Matrisada texnoloji prosesləri idarə edən "SCADA". Hazırda şirkətin ekspertləri "Mother-SCADA"-ya artıq qoşulublar və orda hələ ki, kritik boşluqlar aşkar etməyiblər, lakin sistemin arxitekturu onun 100% təhlükəsizliyinə zəmanət verməyə imkan vermir, hətta baxmayaraq ki, o, naməlum "OS Unix" qolu üzərində işlənib.
Araşdırmaların başa çatmadığına baxmayaraq, ekspertlər artıq əmindirlər ki, əldə etdikləri məlumat əlavə təhlükəsizlik sistemlərinin layihələndirilməsi üçün kifayət qədər əsas verir. Bununla əlaqədar olaraq, şirkət "dünyanın əsas "SCADA"-nın" qoruma sisteminin tərtibatına başlayıb və "SCADA" əməliyyat və təhlükəsizlik sistemlərinin hazırlanması üzrə mütəxəssislərin əlavə rekrutinqini aparır.
Aynur Vəliyeva
Baxış sayı: 916
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir