12px13px15px17px
Tarix:04/04/13

Gənc İT mütəxəssislərinin 50 faizdən çoxu “Big Data”nın səmərəliliyinə əmindir

"Cisco Connected World Technology Report" araşdırmasına əsasən, gənc İT mütəxəssislərinin 60%-dən çoxu əmindir ki, "Big Data" bir çox ölkələrin şirkətlərinə qərarların qəbulu prosesini təkmilləşdirməyə və qlobal bazarda rəqabət qabiliyyətini artırmaqda kömək edəcək. Bu barədə "Cisco" şirkətinin rəsmi saytında yazılıb.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, rəyi soruşulmuş İT direktorlarının 66%-dən çoxu hesab edir ki, 2013-cü il və gələcək 5 ildə "Big Data" onların şirkətlərində strateji üstünlüyə çevriləcək. 50%-i baş direktor isə hesab edir ki, "Big Data" layihələri onların təşkilatlarında İT büdcələrinin artırılmasına kömək edəcək, çünki texnologiya və heyətin peşəkar bacarıqlarına qarşı yüksək tələblər irəli sürüləcək.

Rəyi soruşulmuş İT direktorlarının 27%-i məlumatların təhlükəsizliyi və risklərin idarə olunmasını sözügedən texnologiyanın əsas problemi hesab edirlər. Onların fikrincə, "Big Data" layihələrində məlumatların mühafizəsi ilə bağlı çətinliklər informasiya həcminin böyük olması, onlara müxtəlif üsullar vasitəsilə giriş əldə edilməsi və informasiya təhlükəsizliyinə ayrılan kiçik büdcə ilə bağlıdır.

Araşdırma dünyanın 18 ölkəsində "InsightExpress" şirkəti tərəfindən həyata keçirilib. Sorğuda 1800 kollec tələbəsi və İT texnologiya sahəsi üzrə eyni sayda gənc mütəxəssis iştirak edib.

Emil Hüseynov



Baxış sayı: 1459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024