12px13px15px17px
Tarix:08/04/13

“Təhlükəsizliyin təmin olunması: nəzəriyyə, təcrübə məsələləri və hüquqi aspektlər” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Aprelin 11-də Kiyevin (Ukrayna) Avropa Universitetində "Təhlükəsizliyin təmin olunması: nəzəriyyə, təcrübə məsələləri və hüquqi aspektlər" adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

"Sahibkarlığın inkişafı üçün kompleks təhlükəsizliyin təmin olunması strategiyasının formalaşması" mövzusunda keçiriləcək konfransın məqsədi təhlükəsizliyin təmin olunmasının problem, tendensiya və perspektivləri sahəsində elmi və praktiki tədqiqatların nəticələrinin mübadiləsidir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun məlumatına görə, tədbirdə müəssisənin iqtisadi təhlükəsizliyinin təşkilati təminatı, müəssisənin təhlükəsiz inkişafında kadr potensialı və intellektual kapitalın rolu, informasiya təhlükəsizliyinin idarəolunması sahəsində standartların tətbiqinin aktual problemləri, müəssisənin informasiya təhlükəsizliyi sisteminin kompleks inkişafı, intellektual mülkiyyətin qorunması, müəllif hüquqları və digər məsələlər müzakirə olunacaq.

HƏQİQƏT



Baxış sayı: 919

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024