12px13px15px17px
Tarix:10/04/13

Rusiyada orta məktəblərdə kibertəhsil fənni tədris ediləcək

Rusiyada kibertəhdidlərə qarşı mübarizə aparmaq üçün virtual təhdidlərə Reaksiya Mərkəzinin yaradılması və ibtidai məktəblərdə kibertəhsil fənninin tədris edilməsi təklif edilib.

tasstelecom.ru saytının məlumatına görə, bu məsələ Federasiya Şurası, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi, Daxili İşlər Nazirliyinin üzvlərindən ibarət işçi qrupu və ekspertlərin hazırladığı kibertəhlükəsizlik Strategiyasının layihəsində öz əksini tapıb.

"Çox güman ki, ölkə üzrə bir neçə belə mərkəz fəaliyyət göstərəcək" – deyə İşçi Qrupunun rəhbəri Ruslan Qattarov bildirib. Onun sözlərinə görə, bu cür mərkəzlərin yaradılmasına hazırda kibertəhlükəsizliyin təmininə xərclənən vəsaitdən daha az pul tələb edilir. Bu mərkəzlərin mütəxəssisləri gecə-gündüz virtual təhdidlərin monitorinqi və onların operativ olaraq aradan qaldırılması ilə məşğul olacaqlar.

İnformasiya təhlükəsizliyi üzrə elektron kommunikasiyalar Assosiasiyasının komissiya koordinatoru İrina Levovanın bildirdiyinə görə, söhbət dövlət və özəl sektor arasında informasiya yayan və təhdidlərə reaksiyanı koordinasiya edən təhdidlərə reaksiya regional və sahə mərkəzləri şəbəkəsinin yaradılmasından gedir:

"Bu, kommersiya strukturları və sahə ekspertləri ilə çalışan dövlət mərkəzləri şəbəkəsi olmalıdır".

İ.Levovanın sözlərinə görə, strategiya Rusiyanın rəsmi mövqeyini əks etdirən və üçlük təşkil edən standart təhdidə əsaslanır: kibersilahın işlənməsi və tətbiqi, kibermüharibəyə hazırlıq və onun aparılması, kiberterrorçuluq və kibercinayətkarlıqla mübarizə. Senator R.Qattarovun bildirdiyinə görə, sənəddə vətəndaşların maarifləndirilməsi xüsusi qeyd edilib:

"Hər bir vətəndaş bilməlidir ki, kiberməkanda necə müdafiə olunmaq olar. Bununla bağlı tədris aşağı siniflərdən aparılmalıdır". R.Qattarov onu da əlavə edib ki, orta məktəblərdə kibertəhsil fənninin tətbiqindən əlavə bütün ali təhsil müəssisələrində informatika dərslərində aksent məhz kibertəhlükəsizliyin əsaslarının tədrisinə edilməlidir.



Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024