12px13px15px17px
Tarix:12/04/13

Elektrik enerjidoldurma stansiyaları haker hücumları qarşısında zəifdir

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, hakerlər zəif enerjidoldurma stansiyalarında elektromobillər vasitəsilə elektrik enerjidoldurma şəbəkəsini bağlaya bilələr.

Bu bəyanatla “HP ArcSight” şirkəti Amsterdamda keçirilən “Hack in the Box” konfransında çıxış edib.

Ekspertlərin sözlərinə əsasən, hazırda elektrik enerjidoldurma sistemi inkişafının ibtidai mərhələsindədir, 10-15 il sonra onların yollarda mövcudluğu adi bir hala çevrilə bilər.

"Artıq bu gün bu stansiyaların hücum edənlər üçün əlçatmaz olmasını təmin etmək lazımdır, çünki gələcəkdə bu cür obyektlərə hücumlar çox baha başa gələ bilər. Bu gün bu obyektlərin hamısı tələb olunan təhlükəsizlik səviyyəsində deyillər. Asan dildə desək, elektrik enerjidoldurma stansiyası – küçədə quraşdırılmış və internetə qoşulmuş kompüterdir", - deyə “HP ArcSight” şirkətin təhlükəsizlik məhsulları üzrə meneceri Ofer Şezaf bildirib.

Onun sözlərinə əsasən, gələcəkdə elektrik enerjidoldurma stansiyaları şəbəkə prinsipi ilə yaradılacaq, çünki bir stansiyada bir neçə dəqiqə ərzində akkumulyatoru 100% doldurmaq mümkün deyil, buna görə də sürücülər tez-tez bu stansiyaları ziyarət edəcəklər, nəticədə enerjidoldurma stansiyalarının operatorlarını geniş əhatəli stansiya şəbəkəsi yaratmağa vadar edəcək.

Elektrik enerjidoldurma stansiyalarının analizi göstərib ki, onlara avtorizə ediməmiş çıxış əldə etmək orta statistik fərdi kompüterə çıxış əldə etməkdən asandır. Stansiyaların arxitektoru onların quraşdırma üzrə sistem fayllarına çıxış əldə etməyə və onların revers-mühəndisliyini, sistem torunun debaqqinqini aparmağa imkan verir. Bununla yanaşı, bütün tədqiq edilmiş stansiyalarda məlumatları qoruyan kriptoqrafik açarları tapmaq çox asan olub.

Bütün stansiyalar xarici qoşulmalar üçün Ethernet-portla təchiz edilib və stansiyaya diaqnostika üçün adi noutbuku qoşduqda onu konfiqurasiya rejiminə keçirmək və pulsuz elektrik enerjisi almaq olar.

Bəzi stansiyalar, aşağı ötürmə və siqnalın böyük ləngitmə qabiliyyətinə malik olan, RS-485 şəbəkələri üzrə simsiz kommunikasiyaları dəstəkləyirlər. Bu da hücumlar üçün potensial təhlükədir.

Aynur Vəliyeva



Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024