12px13px15px17px
Tarix:17/04/13

Antivirus şirkəti aparat mühafizəsi bazarına daxil olur

“Kasperski Laboratoriyası” dünyada analoqu olmayan UEFI əməliyyat sistemlərinin yüklənməsi üçün nəzərdə tutulmuş müasir interfeys üçün antivirus sistemini istifadəyə verib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni antivirus sistemi, əməliyyat sisteminin və əsas antivirusun işə başlamasından öncə, ziyanverici kodun mövcudluğunu yoxladıqdan sonra, faylların kompüterə təhlükəsiz yüklənməsinə imkan verəcək.

Bu, aid olduğu sinifdə, dünya bazarında yayılmaya açıq olan ilk texnologiya olacaq. UEFI üçün nəzərdə tutulmuş antivirus yüklənən fayllarda ən “mürəkkəb” ziyanverici proqramların mövcudluğunu yoxlayır. İlk növbədə bu həll, informasiya təhlükəsizliyi məsələlərində tələbkar olan təşkilatlar, o cümlədən dövlət, güc, maliyyə strukturları və şirkətləri üçün nəzərdə tutulub.

«Bizim texnologiyalarımızın kompüter detallarına tətbiq edilməsi bizim üçün yeni sahədir. Lakin kibertəhdidlərin inkişafı, onların mürəkkəbləşməsi və modernizasiyası, nəinki proqram təminatının işlənib hazırlanmasında, həm də onun yayılmasında yeni yanaşmaların tətbiqini tələb edir», – deyə şirkətin Rusiyadakı idarəedici rəhbəri Serqey Zemkov bildirib.

Aynur Vəliyeva



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024