Tarix:17/04/13
Eyni zamanda dünyada orta hesabla hər beşinci istifadəçi bütün resurslar üçün eyni şifrədən istifadə edir. ABŞ-da bu göstərici 23% təşkil edir. Sorğunun yekununa görə şifrə seçimində ən diqqətsiz meksikalılar olub: rəyi soruşulanların 26%-i etiraf edib ki, onlar bütün resurslar üçün eyni şifrədən istifadə edirlər.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şifrələrin saxlanılması üsulları da hesabların təhlükəsizliyində öz sözünü deyir. Araşdırmaya əsasən, istifadəçilər əsasən öz yaddaşlarına güvənirlər: respondentlərin 71%-i şifrəni başında saxlayır, Rusiyada bu göstərici 53%-dir. Lakin istifadəçilərin əksər hissəsi heç də ağılla hərəkət etmir: dünya üzrə rəyi soruşulanların 23%-i şifrəni bloknota yazdıqlarını deyiblər.
Respondentlərin 13%-i şifrələri kompüterdə saxlayır, 12%-i onları telefonun yaddaşına yazır və yalnız 7%-i şifrələrin saxlanılması üçün xüsusi proqram və xidmətlərdən istifadə edir.
Emil Hüseynov
İstifadəçilər şifrə seçimində yenə də diqqətsizdirlər
"Facebook" istifadəçilərinin özlərinin keçirdikləri sorğunun yekununa əsasən, rusiyalı istifadəçilər şifrə seçimində daha diqqətlidirlər. Rusdilli respondentlərin yalnız 12%-i bildirib ki, onlar bir neçə hesab üçün eyni şifrədən istifadə edirlər.Eyni zamanda dünyada orta hesabla hər beşinci istifadəçi bütün resurslar üçün eyni şifrədən istifadə edir. ABŞ-da bu göstərici 23% təşkil edir. Sorğunun yekununa görə şifrə seçimində ən diqqətsiz meksikalılar olub: rəyi soruşulanların 26%-i etiraf edib ki, onlar bütün resurslar üçün eyni şifrədən istifadə edirlər.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şifrələrin saxlanılması üsulları da hesabların təhlükəsizliyində öz sözünü deyir. Araşdırmaya əsasən, istifadəçilər əsasən öz yaddaşlarına güvənirlər: respondentlərin 71%-i şifrəni başında saxlayır, Rusiyada bu göstərici 53%-dir. Lakin istifadəçilərin əksər hissəsi heç də ağılla hərəkət etmir: dünya üzrə rəyi soruşulanların 23%-i şifrəni bloknota yazdıqlarını deyiblər.
Respondentlərin 13%-i şifrələri kompüterdə saxlayır, 12%-i onları telefonun yaddaşına yazır və yalnız 7%-i şifrələrin saxlanılması üçün xüsusi proqram və xidmətlərdən istifadə edir.
Emil Hüseynov
Baxış sayı: 878
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir