12px13px15px17px
Tarix:18/04/13

“DDoS” hücumların həcmi 8 dəfə artıb

Orta hesabla, həyata keçirilmiş "DDoS" hücumların gücü saniyədə 32.4 milyon paket təşkil edir.

İT xidmətləri göstərən "Prolexic" şirkəti "DDoS" hücumların sayı, müddəti və tezliyi barəsində araşdırma aparıb. Əldə edilmiş məlumata əsasən, son 3 ay ərzində bütün göstəricilər 2012-ci ilin dördüncü rübü ilə müqayisədə, demək olar ki, 8 dəfə artıb.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin birinci rübündə həyata keçirilmiş "DDoS" hücumların həcmi orta hesabla 48.25 QB/s olub. Halbuki ötən ilin son rübündə hücumlar 5.9 QB/s həcmi ilə həyata keçirilib.

Şirkətin hesabatına əsasən, yalnız "DDoS" hücumların həcmi deyil, həm də onların gücü artıb. Məsələn, 2013-cü ilin birinci rübündə bu göstərici saniyədə 32.4 milyon paket olub. "DDoS" hücumların həcmi internetin işində nasazlıqlar yaranması ilə nəticələndiyi halda, saniyədə çoxlu sayda paketlərin göndərilməsi internet provayder, operator və hətta hücumların dəf edilməsi üçün proqram təminatı tədarükçülərinin işinə təsir edə bilər. Həmçinin həyata keçirilmiş hücumların sayı artıb. Ötən ilin son rübü ilə müqayisədə cari ilin birinci rübündə bu göstərici 1.75% artıb.

"Prolexic" şirkəti Çini "DDoS" hücumların əsas mənbəyi adlandırıb: mövcud botnetlərin 40.68%-i adıçəkilən ölkənin ərazisində yaradılıb. Reytinqdə ABŞ (21.88%), Almaniya (10.59%), həmçinin İran (5.51%) yer alıb.

Emil Hüseynov



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024