Tarix:22/04/13
Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri (ETM) Faiq Fərmanov "ICTnews" elektron xəbər xidmətinə bildirib ki, təhlükəsizliklə bağlı tədbirlər ən aktual məsələlər sırasındadır:
"Bizim əsas məqsədimiz Azərbaycan informasiya infrastrukturunun, ölkə istifadəçilərinin çoxsaylı mənbələrdən gələn kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar kimi təhdidlərdən qorumaq, təhlükələrə hazırlıq səviyyəsini artırmaqdır. Mərkəz öz fəaliyyətini üç əsas istiqamətə yönəldəcək. Birinci istiqamət maarifləndirmə və məlumatlandırmadır. Belə ki, ölkə səviyyəsində istifadəçiləri elektron təhlükələr barədə maarifləndirmək, onlara metodiki yardım göstərmək nəzərdə tutulur. Bunun üçün qısa zamanda mərkəzin saytını hazırlamaq, vaxtaşırı jurnal dərc etmək, "Qaynar xətt"i təşkil etmək, seminarlar keçirmək planlaşdırılır. Demək olar ki, mərkəz kibertəhdidlər sahəsində təcili yardım funksiyasını həyata keçirməlidir".
F.Fərmanovun sözlərinə görə, ikinci əsas istiqamət əlaqələndirmə və əməkdaşlıqdır:
"Kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlar qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir. Kibertəhlükəsizlik sahəsində ölkədə fəaliyyət göstərən informasiya infrastrukturunun subyektlərinin fəaliyyəti əlaqələndirilməlidir. Eyni zamanda kibertəhlükəsizlik sahəsində proqram təminatı, texniki avadanlıq istehsalçıları digər analoji strukturlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməli, digər ölkələrin müvafiq təsisatları ilə işgüzar əlaqələr yaratmalıdır".
Növbəti istiqamət - çox vacib olan analitika və əməliyyatdır:
"İstifadəçilərdən, proqram təminatı və texniki avadanlıq istehsalçılarından, yerli və xarici ölkələrin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərindən, xarici və digər mənbələrdən elektron təhlükələr, onların qarşısının alınması üçün tətbiq edilən vasitələr haqqında daxil olan məlumatlar toplanmalı və təhlil edilməlidir. İstifadəçilərə qarşı elektron təhdidlərin qarşısının alınması, baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə onlar barədə məlumatlar toplanmalı və saxlanılmalıdır. Elektron təhlükələrin aşkarlanması və qarşısının alınması məqsədi ilə informasiya sistemləri, şəbəkələrin mülkiyyətçiləri tərəfindən edilən müraciətlər əsasında Milli Təhlükəsizlik Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq struktur bölmələri ilə birlikdə bu sistemlərin auditi həyata keçirilməlidir".
ETM rəhbərinin sözlərinə görə, qısa zamanda Təhlükəsizlik Əməliyyat Mərkəzinin yaradılması və qurulması vacibdir:
"Bundan başqa, monitorinq sisteminin modelinin düzgün seçilməsi də önəmli məsələlərdən biridir. Mərkəzin yaradıldığı bir ay ərzində proqram təminatı və texniki avadanlıq istehsalçıları ilə intensiv olaraq görüşür, danışıqlar aparırıq. Çünki bizim bu seçimi düzgün etməyimiz olduqca vacibdir. Səhv olarsa, sonradan böyük problemlər çıxa bilər".
Mərkəzdə fəaliyyət göstərəcək kadrların seçimi də hazırda xüsusi diqqət mərkəzindədir: "Mərkəzə peşəkar kadrların cəlbi də olduqca önəmlidir. Kadrların bilik və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində böyük işlər aparılmalıdır. Biz bununla da intensiv məşğul olacağıq". Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yanında yaradılmış "Elektron Təhlükəsizlik Mərkəzi"nin Əsasnaməsi prezidentin 2013-cü il 5 mart tarixli fərmanı ilə təsdiq edilib.
Həqiqət İSABALAYEVA
Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri: “Mərkəz kibertəhdidlər sahəsində təcili yardım funksiyasını həyata keçirəcək”
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yanında yaradılmış "Elektron Təhlükəsizlik Mərkəzi"nin fəaliyyətinin təşkili üzrə aidiyyəti dövlət qurumlarına müraciətlər olunub və hazırda digər zəruri tədbirlər görülməkdədir.Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri (ETM) Faiq Fərmanov "ICTnews" elektron xəbər xidmətinə bildirib ki, təhlükəsizliklə bağlı tədbirlər ən aktual məsələlər sırasındadır:
"Bizim əsas məqsədimiz Azərbaycan informasiya infrastrukturunun, ölkə istifadəçilərinin çoxsaylı mənbələrdən gələn kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar kimi təhdidlərdən qorumaq, təhlükələrə hazırlıq səviyyəsini artırmaqdır. Mərkəz öz fəaliyyətini üç əsas istiqamətə yönəldəcək. Birinci istiqamət maarifləndirmə və məlumatlandırmadır. Belə ki, ölkə səviyyəsində istifadəçiləri elektron təhlükələr barədə maarifləndirmək, onlara metodiki yardım göstərmək nəzərdə tutulur. Bunun üçün qısa zamanda mərkəzin saytını hazırlamaq, vaxtaşırı jurnal dərc etmək, "Qaynar xətt"i təşkil etmək, seminarlar keçirmək planlaşdırılır. Demək olar ki, mərkəz kibertəhdidlər sahəsində təcili yardım funksiyasını həyata keçirməlidir".
F.Fərmanovun sözlərinə görə, ikinci əsas istiqamət əlaqələndirmə və əməkdaşlıqdır:
"Kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlar qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir. Kibertəhlükəsizlik sahəsində ölkədə fəaliyyət göstərən informasiya infrastrukturunun subyektlərinin fəaliyyəti əlaqələndirilməlidir. Eyni zamanda kibertəhlükəsizlik sahəsində proqram təminatı, texniki avadanlıq istehsalçıları digər analoji strukturlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməli, digər ölkələrin müvafiq təsisatları ilə işgüzar əlaqələr yaratmalıdır".
Növbəti istiqamət - çox vacib olan analitika və əməliyyatdır:
"İstifadəçilərdən, proqram təminatı və texniki avadanlıq istehsalçılarından, yerli və xarici ölkələrin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərindən, xarici və digər mənbələrdən elektron təhlükələr, onların qarşısının alınması üçün tətbiq edilən vasitələr haqqında daxil olan məlumatlar toplanmalı və təhlil edilməlidir. İstifadəçilərə qarşı elektron təhdidlərin qarşısının alınması, baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə onlar barədə məlumatlar toplanmalı və saxlanılmalıdır. Elektron təhlükələrin aşkarlanması və qarşısının alınması məqsədi ilə informasiya sistemləri, şəbəkələrin mülkiyyətçiləri tərəfindən edilən müraciətlər əsasında Milli Təhlükəsizlik Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq struktur bölmələri ilə birlikdə bu sistemlərin auditi həyata keçirilməlidir".
ETM rəhbərinin sözlərinə görə, qısa zamanda Təhlükəsizlik Əməliyyat Mərkəzinin yaradılması və qurulması vacibdir:
"Bundan başqa, monitorinq sisteminin modelinin düzgün seçilməsi də önəmli məsələlərdən biridir. Mərkəzin yaradıldığı bir ay ərzində proqram təminatı və texniki avadanlıq istehsalçıları ilə intensiv olaraq görüşür, danışıqlar aparırıq. Çünki bizim bu seçimi düzgün etməyimiz olduqca vacibdir. Səhv olarsa, sonradan böyük problemlər çıxa bilər".
Mərkəzdə fəaliyyət göstərəcək kadrların seçimi də hazırda xüsusi diqqət mərkəzindədir: "Mərkəzə peşəkar kadrların cəlbi də olduqca önəmlidir. Kadrların bilik və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində böyük işlər aparılmalıdır. Biz bununla da intensiv məşğul olacağıq". Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yanında yaradılmış "Elektron Təhlükəsizlik Mərkəzi"nin Əsasnaməsi prezidentin 2013-cü il 5 mart tarixli fərmanı ilə təsdiq edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 2455
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir