Tarix:22/04/13
"ICTnews" xəbər xidmətinin "Kaspersky Laboratoriyası"nın saytına istinadən verdiyi məlumata əsasən, "IDC" bu nəticəyə 2012-ci ilin sonunda, "Kaspersky Laboratoriyası"nın, "Kaspersky Security" korporativ məhsullarının yeni xəttinin buraxılması ərəfəsində sifarişi ilə keçirdiyi, informasiya təhlükəsizliyi bazarının təhlilindən sonra gəlib.
Bu gün, ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir şirkətin İT infrastrukturuna müxtəlif qurğular daxildir: poçt serverləri və internet şlüzləri, işçi stansiyalar və noutbuklar, smartfonlar və planşetlər, virtual infrastruktur. Bu qurğuların hər biri kibercinayətkarların hücumunun qurbanı ola bilər, buna görə də şirkət hər bir şəbəkə qovşağının mühafizəsi üçün mürəkkəb və çoxfunksiyalı həllər almaq məcburiyyəti qarşısında qalır. Nəticədə məhsulların tətbiqi və onların uyğunlaşmasında problemlər yaranır, bütün mühafizə sistemini mərkəzləşdirilmiş idarə etmək imkanının olmaması nəticəsində əmək sərfiyyatı artır və son nəticədə İT büdcədən əlavə vəsaitlər xərclənir.
Bunun optimal həlli, təhlükəsizliyin təmin edilməsi üçün, mərkəzləşdirilmiş idarəetmə imkanı ilə təchiz edilmiş, İT infrastrukturunun bütün qovşaqlarının kompleks mühafizə sisteminin yaradılması üçün müasir texnologiyalardan və vasitələrdə ibarət olan vahid platformanın alınmasıdır. İT təhlükəsizliyinin, idarəetmənin mürəkkəbliyi kimi, bir problemin həlli kimi "Kaspersky Security" biznes üçün nəzərdə tutulmuş platformasının tətbiqi ola bilər. Bu platforma korporativ şəbəkənin bütün qovşaqlarının mühafizəsini, nəzarətini və monitorinqini təmin edir.
Nəticədə, yeni təhlükəsizlik platforması sayəsində, İT personalı vahid konsol vasitəsilə idarə edilən effektiv mühafizə sisteminin yaradılması üçün, maksimal rahat alətlər əldə edir.
Aynur Vəliyeva
İT təhlükəsizliyinin təmin edilməsində ən asan yol vahid platformanın tətbiqidir
"IDC" müstəqil analitik şirkətinin məlumatlarına əsasən, dünyada fəaliyyət göstərən şirkətlərin 41%-i əmindir ki, 2013-cü ildə İT təhlükəsizliyinin əsas problemlərindən biri mühafizə həllərinin mürəkkəbləşməsi olacaq."ICTnews" xəbər xidmətinin "Kaspersky Laboratoriyası"nın saytına istinadən verdiyi məlumata əsasən, "IDC" bu nəticəyə 2012-ci ilin sonunda, "Kaspersky Laboratoriyası"nın, "Kaspersky Security" korporativ məhsullarının yeni xəttinin buraxılması ərəfəsində sifarişi ilə keçirdiyi, informasiya təhlükəsizliyi bazarının təhlilindən sonra gəlib.
Bu gün, ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir şirkətin İT infrastrukturuna müxtəlif qurğular daxildir: poçt serverləri və internet şlüzləri, işçi stansiyalar və noutbuklar, smartfonlar və planşetlər, virtual infrastruktur. Bu qurğuların hər biri kibercinayətkarların hücumunun qurbanı ola bilər, buna görə də şirkət hər bir şəbəkə qovşağının mühafizəsi üçün mürəkkəb və çoxfunksiyalı həllər almaq məcburiyyəti qarşısında qalır. Nəticədə məhsulların tətbiqi və onların uyğunlaşmasında problemlər yaranır, bütün mühafizə sistemini mərkəzləşdirilmiş idarə etmək imkanının olmaması nəticəsində əmək sərfiyyatı artır və son nəticədə İT büdcədən əlavə vəsaitlər xərclənir.
Bunun optimal həlli, təhlükəsizliyin təmin edilməsi üçün, mərkəzləşdirilmiş idarəetmə imkanı ilə təchiz edilmiş, İT infrastrukturunun bütün qovşaqlarının kompleks mühafizə sisteminin yaradılması üçün müasir texnologiyalardan və vasitələrdə ibarət olan vahid platformanın alınmasıdır. İT təhlükəsizliyinin, idarəetmənin mürəkkəbliyi kimi, bir problemin həlli kimi "Kaspersky Security" biznes üçün nəzərdə tutulmuş platformasının tətbiqi ola bilər. Bu platforma korporativ şəbəkənin bütün qovşaqlarının mühafizəsini, nəzarətini və monitorinqini təmin edir.
Nəticədə, yeni təhlükəsizlik platforması sayəsində, İT personalı vahid konsol vasitəsilə idarə edilən effektiv mühafizə sisteminin yaradılması üçün, maksimal rahat alətlər əldə edir.
Aynur Vəliyeva
Baxış sayı: 1359
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir