Tarix:23/04/13
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, 2008-2010-cu illər ərzində küçələri kameralarla təchiz edilmiş avtomobillərlə gəzib dolanan və görüntüləri "Street View" xidməti üçün çəkən internet nəhənginin nümayəndələri parol qoyulmamış şəbəkələrdəki məlumatları avtomatik toplayıblar. Toplanılmış informasiya müxtəlif növ fərdi məlumatları (elektron mesaj, parol, foto, çat protokolları) əhatə edir.
Almaniyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi cərimənin qoyulması haqqında qərarı alqışlayıb və "Google"-dan səlahiyyətli orqanlar və ictimaiyyət barəsində informasiya siyasətini təkmilləşdirməyi tələb edib. Korporasiya isə öz növbəsində bildirib ki, toplanılmış məlumatlar təhlil edilməyib və kommersiya məqsədi üçün istifadə olunmayıb.
Emil Hüseynov
“Google” cərimələnib
"Google" korporasiyası Almaniyada "Street View" xidmətinin hazırlanması zamanı parol qoyulmamış "Wi-Fi" şəbəkələrdən qanunsuz informasiya topladığına görə 145 min avro həcmində cərimə ödəməlidir."ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, 2008-2010-cu illər ərzində küçələri kameralarla təchiz edilmiş avtomobillərlə gəzib dolanan və görüntüləri "Street View" xidməti üçün çəkən internet nəhənginin nümayəndələri parol qoyulmamış şəbəkələrdəki məlumatları avtomatik toplayıblar. Toplanılmış informasiya müxtəlif növ fərdi məlumatları (elektron mesaj, parol, foto, çat protokolları) əhatə edir.
Almaniyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi cərimənin qoyulması haqqında qərarı alqışlayıb və "Google"-dan səlahiyyətli orqanlar və ictimaiyyət barəsində informasiya siyasətini təkmilləşdirməyi tələb edib. Korporasiya isə öz növbəsində bildirib ki, toplanılmış məlumatlar təhlil edilməyib və kommersiya məqsədi üçün istifadə olunmayıb.
Emil Hüseynov
Baxış sayı: 782
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib