Tarix:11/05/13
"ICTnews" xəbər xidmətinin "www.cibersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, ABŞ prokurorluğu bildirib ki, hakerlər debit kartların dublikatlarının maqnit lentlərinə yaxın Şərq ölkələrindən olan müştərilərin məlumatlarını yazaraq oğurluq ediblər.
Artıq şübhəli şəxs qismində Dominikan Respublikasından ölkəyə gələn 7 ABŞ vətəndaşı həbs edilib.
Hakerlər bankomatların məlumat bazalarına daxil olaraq, debit kartlarından pul çıxarılmalarına olan məhdudiyyətləri ləğv edərək şəxsi kodlarını yaradıblar.
Onların tərəfdaşları bu məlumatları maqnit lentli plastik kartlara, o cümlədən mehmanxana nömrələrinin kart açarlarına və vaxtı ötmüş kredit kartlara yükləyiblər. Sonra fırıldaqçı qrup bu kartlardan ayrı-ayrı şəhərlərdə vəsaitlər çıxarıblar.
ABŞ hökumətinin məlumatına əsasən, fırıldaqçılar bu cür basqınları iki dəfə həyata keçiriblər: dekabrda onlar 5 milyon dollar, fevralda isə 10 saat ərzində 40 milyon dollar oğurlaya biliblər.
Cinayətkarların qurbanı Birləşmiş Ərəb Əmirliklərinin "Rakbank"ı və Omanın "Bank of Muscat" bankı olub. Cinayətkarlar 27 ölkənin, o cümlədən Yaponiya, Rusiya, Rumıniya, Misir, Kolumbiya, Böyük Britaniya, Şri-Lanka və Kanada bankomatından pul çıxarıblar.
Aynur Vəliyeva
Kibercinayətkarlar bank hesablarından 45 milyon dollar çıxarıblar
Beynəlxalq cinayətkar qrup bir neçə saata, debit kartları vasitəsi ilə məlumat bazalarına çıxış əldə edərək dünya üzrə bankomatlardan 45 milyon dollar oğurlayıb."ICTnews" xəbər xidmətinin "www.cibersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, ABŞ prokurorluğu bildirib ki, hakerlər debit kartların dublikatlarının maqnit lentlərinə yaxın Şərq ölkələrindən olan müştərilərin məlumatlarını yazaraq oğurluq ediblər.
Artıq şübhəli şəxs qismində Dominikan Respublikasından ölkəyə gələn 7 ABŞ vətəndaşı həbs edilib.
Hakerlər bankomatların məlumat bazalarına daxil olaraq, debit kartlarından pul çıxarılmalarına olan məhdudiyyətləri ləğv edərək şəxsi kodlarını yaradıblar.
Onların tərəfdaşları bu məlumatları maqnit lentli plastik kartlara, o cümlədən mehmanxana nömrələrinin kart açarlarına və vaxtı ötmüş kredit kartlara yükləyiblər. Sonra fırıldaqçı qrup bu kartlardan ayrı-ayrı şəhərlərdə vəsaitlər çıxarıblar.
ABŞ hökumətinin məlumatına əsasən, fırıldaqçılar bu cür basqınları iki dəfə həyata keçiriblər: dekabrda onlar 5 milyon dollar, fevralda isə 10 saat ərzində 40 milyon dollar oğurlaya biliblər.
Cinayətkarların qurbanı Birləşmiş Ərəb Əmirliklərinin "Rakbank"ı və Omanın "Bank of Muscat" bankı olub. Cinayətkarlar 27 ölkənin, o cümlədən Yaponiya, Rusiya, Rumıniya, Misir, Kolumbiya, Böyük Britaniya, Şri-Lanka və Kanada bankomatından pul çıxarıblar.
Aynur Vəliyeva
Baxış sayı: 774
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir