Tarix:24/05/13
"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, spam-göndərilmədə istinaddakı ünvana keçmək və "Facebook" sosial şəbəkəsində yerləşdirilmiş fotoya baxmaq təklif edilir.
İstinad üzrə keçid etdikdə "4shared.com" və ya "dropbox.com" fayl mübadiləsi xidmətlərindən daxilində "profile-facebook_23052013_img.exe" adlanan zərərli icra olunan fayl olan "facebook_profile.zip" faylı yüklənilir. Tərkibində zərərli istinad saxlayan mesajlar qəbul edənin kontakt siyahısındakı istifadəçilərdən göndərilir. "Kasperski Laboratoriyası"nın antivirus mütəxəssisi Dmitri Tarakanovun məlumatına görə, spam-göndərilmənin arxivində "Backdoor.Win32.CPD.phy" adlanan zərərli proqram yayılır.
"Kasperski Laboratoriyası"nın mütəxəssisləri mayın 23-də saat 15:00-da sözügedən bekdorun təxminən 30 növünü aşkar ediblər və dünyanın 70 ölkəsində təxminən 1700 hücum qeydə alıblar. Hücum zamanı yayılan bekdor virusa yoluxdurulmuş kompüterə digər troyan (Trojan.Win32.Yakes.csli) yükləyir.
O isə öz növbəsində zərərli istinadları "Skype", "Windows Messenger", "QIP", "Google Talk" və "Digsby" messencerlərinin kontakt listlərinə göndərir.
Emil Hüseynov
“Skype”-da virus yayılır
Rusiya və MDB-də "Skype" üzərindən yayılan kütləvi zərərli spam-göndərilmə aşkar edilib. 2013-cü il mayın 23-də "Skype" istifadəçiləri arasında troyan proqramının kütləvi yayılması başlanıb."ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, spam-göndərilmədə istinaddakı ünvana keçmək və "Facebook" sosial şəbəkəsində yerləşdirilmiş fotoya baxmaq təklif edilir.
İstinad üzrə keçid etdikdə "4shared.com" və ya "dropbox.com" fayl mübadiləsi xidmətlərindən daxilində "profile-facebook_23052013_img.exe" adlanan zərərli icra olunan fayl olan "facebook_profile.zip" faylı yüklənilir. Tərkibində zərərli istinad saxlayan mesajlar qəbul edənin kontakt siyahısındakı istifadəçilərdən göndərilir. "Kasperski Laboratoriyası"nın antivirus mütəxəssisi Dmitri Tarakanovun məlumatına görə, spam-göndərilmənin arxivində "Backdoor.Win32.CPD.phy" adlanan zərərli proqram yayılır.
"Kasperski Laboratoriyası"nın mütəxəssisləri mayın 23-də saat 15:00-da sözügedən bekdorun təxminən 30 növünü aşkar ediblər və dünyanın 70 ölkəsində təxminən 1700 hücum qeydə alıblar. Hücum zamanı yayılan bekdor virusa yoluxdurulmuş kompüterə digər troyan (Trojan.Win32.Yakes.csli) yükləyir.
O isə öz növbəsində zərərli istinadları "Skype", "Windows Messenger", "QIP", "Google Talk" və "Digsby" messencerlərinin kontakt listlərinə göndərir.
Emil Hüseynov
Baxış sayı: 1271
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir