Tarix:27/05/13
Təhlilə əsasən, şirkətlərin 57%-i proqramlara nəzarət etmək üçün xüsusi alətlər tətbiq etmir və 56%-i isə kənar qurğuların qoşulmasına nəzarət etmirlər.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecuruty.ru” saytına istinadən bildirir ki, bununla yanaşı, kibercinayətkarlar sistemləri virusa yoluxdurmaq üçün bir çox vasitələrdən istifadə edirlər. Məsələn, populyar proqramın tərkibinə zərərli proqram təminatı daxil edilə bilər və onu korporativ mühitdə icra edəcək şirkətin istənilən əməkdaşı şirkətin bütün İT infrastrukturunu təhlükə altına qoymuş olacaq.
Bu cür hadisələrin qarşısını almaq üçün korporativ şəbəkədə quraşdırma və proqramların icra edilməsinə nəzarət edən xüsusi İT təhlükəsizlik siyasəti tətbiq edilməlidir. Lakin tədqiqata əsasən, şirkətlərin 17%-i ya proqramlardan istifadəyə nəzarət etməyə imkan yaradan texnologiyalardan xəbərsizdirlər və ya onları istifadə etməkdə maraqlı deyillər.
Emil Hüseynov
Şirkətlərin təxminən 60%-i öz şəbəkələrinə nəzarət etmirlər
Əksər şirkətlər korporativ şəbəkələrinin daxilində hansı proqram və qurğuların istifadə olunmasına yetərincə diqqət ayırmırlar. "Kasperski Laboratoriyası" və “B2B International” müstəqil şirkətinin ekspertləri birgə araşdırma zamanı belə nəticəyə gəliblər.Təhlilə əsasən, şirkətlərin 57%-i proqramlara nəzarət etmək üçün xüsusi alətlər tətbiq etmir və 56%-i isə kənar qurğuların qoşulmasına nəzarət etmirlər.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecuruty.ru” saytına istinadən bildirir ki, bununla yanaşı, kibercinayətkarlar sistemləri virusa yoluxdurmaq üçün bir çox vasitələrdən istifadə edirlər. Məsələn, populyar proqramın tərkibinə zərərli proqram təminatı daxil edilə bilər və onu korporativ mühitdə icra edəcək şirkətin istənilən əməkdaşı şirkətin bütün İT infrastrukturunu təhlükə altına qoymuş olacaq.
Bu cür hadisələrin qarşısını almaq üçün korporativ şəbəkədə quraşdırma və proqramların icra edilməsinə nəzarət edən xüsusi İT təhlükəsizlik siyasəti tətbiq edilməlidir. Lakin tədqiqata əsasən, şirkətlərin 17%-i ya proqramlardan istifadəyə nəzarət etməyə imkan yaradan texnologiyalardan xəbərsizdirlər və ya onları istifadə etməkdə maraqlı deyillər.
Emil Hüseynov
Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir