12px13px15px17px
Tarix:01/06/13

Pentaqonun direktoru Çini kibercasusluqda ittiham edib

"Agence France-Presse" agentliyinin yaydığı məlumata əsasən, ABŞ-ın müdafiə naziri Çak Xeyqel Çin hakimiyyətini kibercasusluqda ittiham edib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Pentaqonun direktoru Sinqapurda keçirilmiş təhlükəsizlik forumunda bəyan edib ki, Çin hökuməti dəfələrlə Amerikanın kompüter şəbəkələrinə müdaxilə edib.

Qeyd edək ki, sözügedən forumda Çinin Müdafiə Nazirliyinin nümayəndələri də iştirak ediblər. ABŞ hərbi qurumunun direktoru Pekini kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etməyə səsləyib.

Xeyqel vurğulayıb ki, Çin-ABŞ işçi qrupunun yaradılması sözügedən ölkələr arasında bu sahədə dialoqun möhkəmlənməsinə kömək edəcək.

Emil Hüseynov



Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024