12px13px15px17px
Tarix:06/06/13

FTB və “Microsoft” haker şəbəkəsini zərərsizləşdirməyə çalışır

"Microsoft” şirkəti və FTB agentləri, həmçinin 80 ölkənin hakimiyyət nümayəndələri "Citadel Botnets" haker şəbəkəsini birgə araşdırmağa başlayıblar.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Röyters” agentliyi ötən gün xəbər verib ki, "Microsoft" şirkətinin xüsusi bölməsi artıq təxminən 5 milyon kompüteri virusa yoluxdurmuş mindən çox zərərli şəbəkəni zərərsizləşdirib.

Korporasiyanın məlumatına görə, hələ 400 virus şəbəkəsi aktiv olaraq qalır. "Citadel Botnets" hakerlər üçün xüsusi ödənişli "sosial şəbəkədir". Anonim istifadəçilər sözügedən meydançada məlumat mübadiləsi edə, yeni ideyalara səs verə, yeni haker modulunun təkmilləşdirilməsi üçün qiymətlərini təklif edə bilərlər.

Şəbəkə ABŞ, Avropa, Avstraliya, Hindistan, Honkonqda aktiv fəaliyyət göstərir.

Emil Hüseynov



Baxış sayı: 1185

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Dekabr 2024

26 12 2024