12px13px15px17px
Tarix:10/06/13

Məlumat itkisi necə baş verir?

Britaniyanın “The Guardian” nəşri “PRISM” hökumət izləmə proqramının korporativ serverlərə birbaşa çıxışını təqdim edir və şirkətlərin daxilindən məlumat axınına baxmağa imkan verir.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkətlər, o cümlədən “Apple”, “Google” və “Facebook”, məxfi xidmətlərin məlumatlarını təqdim etmələrini təkzib edirlər. ABŞ hökuməti bildirib ki, “PRISM” proqramı nəzarətsiz məlumat əldə etmək vasitəsi deyil, o, öncə toplanmış məlumatları təhlil etməyə imkan verən alətdir.

Proqram haqda məxfi məlumatları açıqlayan “Booz Allen Hamilton” şirkətinin keçmiş texniki məsləhətçisi Edvard Snouden özünü günahkar hesab etmir. O, öncə Şimali Karolinada işləyib, sonra isə Merilendə köçüb və orada keşikçi işləyib və bundan sonra “CIA”-ya (Central Intelligence Agency” İT-məsləhətçi vəzifəsinə keçib və orada proqram təminatının yazılması ilə məşğul olub. “CIA”-da üç ilədək işlədikdən sonra o, “Booz Allen Hamilton” şirkətinə keçib və orada üç aydan artıq çalışıb.

"Mən digərlərindən fərqlənmirəm. Mənim heç bir xüsusi bacarıqlarım yoxdur. Mən gündə ofisdə oturur və baş verənləri görürəm. Nəyin düzgün olub düzgün olmamasına qərarı biz vermirik. İctimaiyyət özü qərar verməlidir, ona bu cür proqramlar lazımdır, yoxsa yox", - deyə o müsahibədə bildirib. Hazırda ABŞ-ın şübhəlilərin təslim edilməsi haqda sazişinin mövcud olduğu Honkonqdadır və artıq Vaşinqtonun nümayəndələri onun ekstradisiyası ilə bağlı müraciəti təqdim ediblər.

Amerika kəşfiyyatının nümayəndələri bildiriblər ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi məlumatların itkisi ilə bağlı cinayət araşdırmasının aparılmasını tələb edib.

Bu araşdırmanın nə dərəcədə böyük olacağı haqda məlumat yoxdur, lakin milli kəşfiyyatın direktoru Ceyms Klepper bildirib ki, “baş vermiş cinayət haqda bəyanat” artıq Ədliyyə Nazirliyinə təqdim edilib. ABŞ nümayəndələri bəyan ediblər ki, məlumat itkisi o qədər sarsıdıcı olub ki, onlar Ədliyyə Nazirliyinin iş qaldıracağına ümid edirlər.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq öz növbəsində bildirib ki, telefon danışıqları və internet istifadəçilərinin izlənməsi tam qanunidir və şəxsi həyata heç bir təhlükə yaratmır. Buna baxmayaraq o, ABŞ-ın məxfi proqramından məlumatın alınması haqda xəbərləri təsdiq və təkzib etməkdən imtina edib.

Aynur Vəliyeva



Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024