Tarix:13/06/13
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət hesab edir ki, poçt akkauntlarının “sındırılması” İranda gözlənilən seçkilərlə bağlı ola bilər. "Demək olar ki, üç həftədir ki, biz elektron poçt ünvanlarına çoxsaylı hücumları qeydə alırıq və onların qarşısını alırıq.
Onların məqsədi elektron məlumata çıxış əldə etmək olduğu fırıldaqçı şirkət ilə bağlı idi",- “Google” şirkətinin məlumatında bildirilir. “Google” şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Erik Qross bildirib ki, kiberhücumlar İrandan edilirdi və yerli biznes və ya siyasət ilə hər hansı bağlılığı olan iranlı istifadəçilərə yönəldilmişdir, buna görə də bizim bu hücumların qarşıdan gələn seçkilərlə bağlılığının olması üçün əsaslarımız var.
E.Qrosse, hücum edənlərlə bağlı heç bir konkret texniki detallar təqdim etməyib və İranda heç bir siyasi qüvvələri günahlandırmayıb, lakin əminlik bildirib ki, təşkilatçılar şəxsi qazanc əldə etmək və bot-şəbəkə yaratmaq məqsədini güdməyiblər, onlar ancaq siyasi səbəblərdən bunu ediblər. Bundan başqa, o qeyd edib ki, İranda yerli seçkilər ərəfəsində oxşar kampaniya 2011-ci ildə də keçirilib.
Qeyd edək ki, cümə günü İranda ümummilli seçkilər keçiriləcək və ölkə Mahmud Əhmədinejadı əvəzləyəcək şəxsi müəyyən edəcək. Hazırda İranda 45 milyon ətrafında internet istifadəçisi var və 2009-cu ildən etibarən ölkə hökuməti bir neçə dəfə interneti bağlamaq cəhdləri ediblər, lakin bu cəhdlər internet auditoriyasının artımına təsir göstərməyib və istifadəçilərin sayı hətta iki dəfə artıb.
Aynur Vəliyeva
“Google” İran tərəfindən haker hücumlarına məruz qalıb
“Google” şirkəti “Gmail” poçt sisteminin İrandan olan istifadəçilərinin bir neçə min poçt akkauntlarına yönəldilmiş hücumların qeydə alınması və qarşısının alınması haqda məlumat yayıb.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət hesab edir ki, poçt akkauntlarının “sındırılması” İranda gözlənilən seçkilərlə bağlı ola bilər. "Demək olar ki, üç həftədir ki, biz elektron poçt ünvanlarına çoxsaylı hücumları qeydə alırıq və onların qarşısını alırıq.
Onların məqsədi elektron məlumata çıxış əldə etmək olduğu fırıldaqçı şirkət ilə bağlı idi",- “Google” şirkətinin məlumatında bildirilir. “Google” şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Erik Qross bildirib ki, kiberhücumlar İrandan edilirdi və yerli biznes və ya siyasət ilə hər hansı bağlılığı olan iranlı istifadəçilərə yönəldilmişdir, buna görə də bizim bu hücumların qarşıdan gələn seçkilərlə bağlılığının olması üçün əsaslarımız var.
E.Qrosse, hücum edənlərlə bağlı heç bir konkret texniki detallar təqdim etməyib və İranda heç bir siyasi qüvvələri günahlandırmayıb, lakin əminlik bildirib ki, təşkilatçılar şəxsi qazanc əldə etmək və bot-şəbəkə yaratmaq məqsədini güdməyiblər, onlar ancaq siyasi səbəblərdən bunu ediblər. Bundan başqa, o qeyd edib ki, İranda yerli seçkilər ərəfəsində oxşar kampaniya 2011-ci ildə də keçirilib.
Qeyd edək ki, cümə günü İranda ümummilli seçkilər keçiriləcək və ölkə Mahmud Əhmədinejadı əvəzləyəcək şəxsi müəyyən edəcək. Hazırda İranda 45 milyon ətrafında internet istifadəçisi var və 2009-cu ildən etibarən ölkə hökuməti bir neçə dəfə interneti bağlamaq cəhdləri ediblər, lakin bu cəhdlər internet auditoriyasının artımına təsir göstərməyib və istifadəçilərin sayı hətta iki dəfə artıb.
Aynur Vəliyeva
Baxış sayı: 958
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir